11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İranda prezidentliyə namizəd Mesud Pezeşkianın reytinqi 33%-ə qalxıb

27 İyun 2024 16:33
İranda prezidentliyə namizəd Mesud Pezeşkianın reytinqi 33%-ə qalxıb

Bakı, VOA

İranda keçiriləçək prezident seçkilərinə bir gün qalmış, Mesud Pezeşkianın reytinqi yüksəldiyi üçün bütün namizədlər mühafizəkar təmsilçilər Səid Cəlili və Galibaf lehinə seçkilərdə iştiraklarını dayandırıb.

VOA xəbər verir ki, Pezeşkian liberal görüşləri ilə xalqın dəstəyini qazana bilib.

Qeyd edək ki, Pezeşkianın namizədlik kampaniyası çərçivəsində Təbrizdə Qurd dərəsi adlanan meydanda izdihamlı mitinq keçirilib. Mitinq zamanı Təbrizdə yaşayan azərbaycanlılar arasında “Yaşa, yaşa, Azərbaycan!” mahnısı səsləndirilib. Həmçinin mitinqi zamanı "Türk dilində mədrəsə, olmalıdır hər kəsə!" şüarları da səsləndirilib.

Onu da əlavə edək ki, hazırda həbsdə olan, İranın islahatçı qanadının banisi, mərhum prezident Rəfsəncanin qızı Faizah Rəfsəncni də Məsud Pazeşkiana səs verməyə çağırmışdı. O "Bu ölkədə zərrə qədər ədalət yoxdur. Dini lider isə bu ölkəni idarə etmək gücündə deyil. Bu ölkədə ədalətsizlik baş alıb gedir. İran xalqını prezident seçkilərində Məsud Pazeşkiana səs verməyə çağırıram. Bu ədalətsizliyə son qoymalıyıq" - deyib.

Ayrıca bir neçə gün öncə, İran tevevizyasında jurnalistin "İran Prezidenti seçilsəniz "pantürklərə" qarşı nə edəcəksiniz? Onlara münasibətiniz necə olacaq?" sualına cavab olaraq Pazeşkian "İranda ədalət olsaydı "pantürklər" , "pankürdlər" , "panərəblər" olmazdı. İrandakı etnik azlıqlar hökumətdə təmsil edilmə haqqı tanınmadığına görə etiraz edirlər. İranda etnik qruplar öz dillərində təhsil almadığı üçün etiraz edirlər, İranda etnik azlıqlar demokratik təsisatlardan yararlana bilmədiyi üçün etiraz edirlər." - deyə münasibət bildirmişdi.

Qeyd edək ki, Mesud Pezeşkian Azərbaycanla bağlı dediyi sözlərinə görə də diqqətləri öz üzərinə çəkmişdi.

"Azərbaycan Respublikası ilə münasibətlər bizim üçün xüsusi olmalıdır. Tarixdə bəlkə də İran və Azərbaycan qədər bir-birinə yaxın ikinci dövlət yoxdur. Biz bu mədəni, tarixi yaxınlığı üstünlüyə çevirib, Azərbaycanı öz yanımızda saxlasaq daha çox qazanmarıqmı? Bir anlıq düşünün Azərbaycan Cənubi Qafqazda önəmli yer tutur və əgər Azərbaycana qarşı sərt siyasəti davam etdirsək, Azərbaycan da İran düşmən olan ölkələri regiona daha çox gətirəcək. Ən əsası isə Türkiyə ilə İran arasında Qəsri-Şirin sülh müqaviləsindən bu günə qədər heç bir müharibə olmayıb, deməli Türkiyə ilə normal münasibətlər mümkündür. Ermənistan da bizə qonşu ölkədir və biz Ermənistanla normal münasibətləri davam etdirməli və ticarətimizi inkişaf etdirməliyik. Biz səmimi olaraq Azərbaycan və Ermənistana yekun sülh üçün dəstək olmalı və yardım etməliyik." - deyə o bu haqda danışmışdı.

İranda prezidentliyə namizəd Mesud Pezeşkianın reytinqi 33%-ə qalxıb İranda prezidentliyə namizəd Mesud Pezeşkianın reytinqi 33%-ə qalxıb
Məqalədə: #İran #Mesud Pezeşkian

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

09:53
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH

10 Sentyabr 21:28
Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
İran

Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib

10 Sentyabr 20:10

Son Xəbərlər

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
12:43
SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
12:20
Milyonların sevdiyi səudiyyəli müğənni Zeynə İmad kimdir?
Milyonların sevdiyi səudiyyəli müğənni Zeynə İmad kimdir?
12:06
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
11:53
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
10:06
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.