14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Bayden İsrail üçün heç nə etməyib - Tramp

27 İyul 2024 10:26
Bayden İsrail üçün heç nə etməyib - Tramp

Bakı,AzerVoice

ABŞ-ın keçmiş prezidenti Tramp, təxminən 4 ildən sonra İsrailin baş naziri Netanyahu ilə keçirdiyi ilk görüşdə prezident Bayden və vitse-prezident Harrisi günahlandıraraq, “Bayden administrasiyası İsrail üçün heç nə etməyib” deyib.

AzerVoice xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Florida ştatındakı evində İsrailin baş naziri Netanyahu və xanımı Sara Netanyahunu qəbul edib.

Tramp və Netanyahu görüşə əsnasında binanın girişində əl sıxıb, gülümsəyərək kameralar qarşısında səmimi pozalar veriblər.

Bildirilib ki, bağlı qapılar arxasında keçirilən görüşdə Yaxın Şərq və Qəzzadakı son vəziyyət və ABŞ-İsrail münasibətləri hərtərəfli müzakirə edilib.

Daha sonra Amerika mediasına əks olunan görüntülərə görə, görüşdən əvvəl zalda mətbuat mənsublarının bəzi suallarını cavablandıran Tramp İsrailin onların ən önəmli dostlarından biri olduğunu bildirib və Bayden rəhbərliyini günahlandırıb.

ABŞ-ın vitse-prezidenti Kamala Harrisin dünən Netanyahu ilə görüşündən sonra dediklərini tənqid edən Tramp, "Onun sözləri hörmətsizlik ehtiva edirdi və nəzakətli deyildi. Bir yəhudinin ona (Harrisə) necə səs verəcəyini bilmirəm, amma bu, onlara bağlıdır, amma o, həqiqətən də İsrailə qarşı hörmət bəsləmirdi idi”, dedi.

Prezidentliyi dövründə İsrail üçün güclü addımlar atdığını ifadə edən Tramp, "İsrailə çox yaxşı idim, bütün əvvəlki prezidentlərdən daha yaxşı idim. Colan Təpələri və Qüdsü paytaxt olaraq qəbul etdirmək üçün çox səy göstərdik. Səfirliyimizi Qüdsdə qurduq. Və təbii ki, İranla nüvə sazişi. Təəssüf ki, Bayden administrasiyası heç nə etmədi.",-deyə əlavə etdi.

İranla nüvə razılaşmasını ləğv etməklə İsrailə ən böyük yaxşılığı etdiklərini iddia edən Tramp, Bayden administrasiyasının bu mövzuda heç bir şey etmədiyini bildirib.

Tramp həmçinin Demokratların prezidentliyə namizədi olmuş Harrisin Yaxın Şərqlə bağlı məsələlərdə Baydendən daha pis olduğunu bildirib.

Bayden İsrail üçün heç nə etməyib - Tramp
Məqalədə: #İsrail #Benyamin Netanyahu #ABŞ #Donald Tramp

Mövzu üzrə digər xəbərlər

Hörmüz böhranının ən ağır iqtisadi yükünü ərəb ölkələri daşıyır
Digər Xəbərlər

Hörmüz böhranının ən ağır iqtisadi yükünü ərəb ölkələri daşıyır

18:11
İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb
İran

İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb

13:27
İraq İranla üç sərhəd-keçid məntəqəsini yenidən açıb
İran

İraq İranla üç sərhəd-keçid məntəqəsini yenidən açıb

11:38
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
Səudiyyə Ərəbistanı

İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi

07:26

Son Xəbərlər

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
18:20
Yeni Zelandiya İordan çayının qərb sahilində zorakılığın artmasından narahatdır
Yeni Zelandiya İordan çayının qərb sahilində zorakılığın artmasından narahatdır
18:15
Hörmüz böhranının ən ağır iqtisadi yükünü ərəb ölkələri daşıyır
Hörmüz böhranının ən ağır iqtisadi yükünü ərəb ölkələri daşıyır
18:11
Yaxın Şərqdə gərginlik fonunda neft bahalaşmaqda davam edir
Yaxın Şərqdə gərginlik fonunda neft bahalaşmaqda davam edir
18:07
Körfəz ölkələri İranın “ikili oyun” oynamasından narahatdır
Körfəz ölkələri İranın “ikili oyun” oynamasından narahatdır
18:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.