6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ-ın dəniz ehtiyatlarına dair iddiaları rədd edilməlidir-ÇİN

30 İyul 2024 14:29
ABŞ-ın dəniz ehtiyatlarına dair iddiaları rədd edilməlidir-ÇİN

Bakı, AzerVoice

Rusiya və Çin rəsmiləri bildirirlər ki, ABŞ-ın geniş dəniz dibinə və orada ola biləcək ehtiyatlara dair iddialarının beynəlxalq hüquqda heç bir əsası yoxdur və rədd edilməlidir.

AzerVoice xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinin iyulun 30-da dərc etdiyi məqalədə deyilir.

Müəllif xüsusilə qeyd edir ki, bu fikirlər Beynəlxalq Dəniz Dibi Təşkilatının Yamaykanın Kinqston şəhərində keçirilən sessiyasında müzakirələr zamanı ABŞ-ın Sakit okean, Atlantik okeanı, Meksika körfəzi və Berinq dənizindəki kontinental şelfinə təxminən bir milyon kvadrat kilometr əlavə edəcək iddialarına cavab olaraq səsləndirilib.

1982-ci il BMT-nin Dəniz Hüququ Konvensiyasını ratifikasiya etmiş ölkələr özlərinin dənizaltı kontinental şelflərinin hüdudları barədə razılığa gəlmək üçün uzun beynəlxalq prosesdən keçirlər. Agentlik vurğulayır ki, bu demarkasiyalar vacibdir, çünki onlar potensial gəlir gətirən dəniz dibi ehtiyatlarına müstəsna iqtisadi hüquqlar üçün əsasdır.

Məsələn, Rusiya, Kanada və Danimarka (Qrenlandiya adından) yüksək Arktikada yerləşən ərazilərə iddialar irəli sürüblər, çünki iqlim dəyişikliyi regionu artan dəniz nəqliyyatına və kəşfiyyata açıq edir.

“Bloomberg” sonda yazır: “Rusiya nümayəndəsi bildirib ki, Birləşmiş Ştatlar BMT-nin Konvensiyasını ratifikasiya etməyib və onun birtərəfli iddiaları kövrək beynəlxalq balansı, eləcə də həmin sənədin bütövlüyünü təhdid edir. Onun sözlərinə görə, Moskva ABŞ-ın beynəlxalq hüquqa seçici yanaşmasına qarşıdır.

Çin nümayəndəsi isə bəyan edib ki, ABŞ-ın birtərəfli qaydada bu cür iddialar irəli sürməyə haqqı yoxdur və onu ratifikasiya etmədən Konvensiyanın faydalarına ümid edə bilməz. Pekin rəsmisi, həmçinin beynəlxalq dəniz dibinin ehtiyatlarını bəşəriyyətin ümumi irsi adlandırıb və bildirib ki, bunu təhdid edən hər hansı hərəkət təqdir edilə bilməz”.

ABŞ-ın dəniz ehtiyatlarına dair iddiaları rədd edilməlidir-ÇİN
Məqalədə: #Rusiya #ABŞ #Çin

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.