10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Banqladeşdə şokedici zorakılıqlar dərhal dayandırılmalıdır - BMT

5 Avqust 2024 12:59
Banqladeşdə şokedici zorakılıqlar dərhal dayandırılmalıdır - BMT

Bakı, AzerVoice

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Volker Türk, Banqladeşdə Müstəqillik Müharibəsində iştirak edənlərin ailələri üçün dövlət idarələrində xüsusi vakant yerlərin ayrılmasından sonra başlayan etirazlar nəticəsində meydana gələn şiddət hadisələrinə diqqət çəkmək üçün təşkil edilən hökumət əleyhinə nümayişlərdə polis tərəfindən tətbiq edilən "şokedici zorakılığa" son qoymağa çağırıb.

AzerVoice xəbər verir ki, Türk Banqladeşdə nümayişlər zamanı baş verən şiddət hadisələri ilə bağlı yazılı açıqlama verib.

"Banqladeşdə şokedici zorakılıq dayandırılmalıdır. Həftə sonu çoxlu sayda etirazçı öldürülüb." deyə qeyd edən Türk, Siracganc bölgəsində polis bölməsinə edilən hücumda ən azı 13 polisin öldürüldüyünü bildirib.

Dakkada kütləvi yürüşün planlaşdırıldığını və hakim partiyanın gənclik strukturunun etirazçılara qarşı hərəkətə keçdiyini bildirən Türk, "Daha çox insan itkisi və geniş miqyaslı dağıntılardan dərin narahatam. Siyasi rəhbərlik və təhlükəsizlik qüvvələrinə yaşamaq hüququ, dinc toplaşmaq və ifadə azadlığını qorumaqla bağlı vəzifələrinə əməl etmələri üçün təcili çağırış edirəm",- deyə əlavə edib.

Bir çox məmur da daxil olmaqla insan hüquqlarının pozulmasına görə məsuliyyət daşımasının həyati əhəmiyyət kəzb etdiyini qeyd edən Türk, beynəlxalq ictimaiyyətin belə kritik bir zamanda “cəzasızlığın olmayacağını” açıq şəkildə bəyan etməli olduğunu deyib.

"Banqladeş hökuməti etiraz hərəkatında dinc şəkildə iştirak edənləri hədəfə almağı dayandırmalı, özbaşına saxlanılanları dərhal azad etməli, tam internetə çıxışı təmin etməli və normal dialoq üçün şərait yaratmalıdır", - Türk deyib.

Türk də vurğulayıb ki, şiddətdən istifadə edilməsi, qəsdən yanlış məlumatların yayılması və zorakılığa təhrik də daxil olmaqla, ictimai narazılığı yatırmaq üçün davam edən səylərə dərhal son qoyulmalıdır.

Banqladeşdə hökumət əleyhinə nümayişlərdə həyatını itirənlərin sayının 93-ə yüksəldiyi bildirilib.

Qeyd edək ki, Banqladeşdə 1971-ci ildə Müstəqillik Müharibəsində iştirak etmiş şəxslərin övladlarına dövlət kvotalarının ayrılması qərarından sonra etirazlar başlayıb.

Banqladeşin daxili işlər naziri Əsəduzzaman Xan Kamal etirazlarda 147 nəfərin həyatını itirdiyini, mediada yayılan məlumatlara gör isə ölənlərin sayının 200-ü keçdiyini açıqlayıb.

Banqladeşdə iyul ayında başlayan etirazlarda ölənlər üçün paytaxt Dakkanın müxtəlif nöqtələrində təxminən 2 min adam toplaşıb və polis şüarlarla hökumətə etiraz edən nümayişçiləri mühasirəyə alıb.

Paytaxtın Uttara bölgəsində etiraz edən tələbələrlə qarşılaşan polis gözyaşardıcı qaz və səs-küylü qumbaralardan istifadə edib.

“Dövlət kvota qərarı” etirazlarında “ölənlər, həbslər, hücumlar və itkilər”ə diqqət çəkmək üçün təşkil edilən nümayişlərdə tələbələrlə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada biri polis olmaqla 2 nəfər ölüb, 100-dən çox adam yaralanıb.

Banqladeşdə şokedici zorakılıqlar dərhal dayandırılmalıdır - BMT
Məqalədə: #Banqladeş

Mövzu üzrə digər xəbərlər

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
İran

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi

9 Sentyabr 22:13
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran

İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir

9 Sentyabr 21:09
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Digər Xəbərlər

Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib

9 Sentyabr 20:51

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.