10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Norveç ilə İsrail arasındaki diplomatik əlaqələr korlana bilər

9 Avqust 2024 12:29
Norveç ilə İsrail arasındaki diplomatik əlaqələr korlana bilər

Bakı, AzerVoice

İsrail rəhbərliyi Fələstin dövlətini tanımağa qərar verən Norveçlə diplomatik əlaqələrinə zərər vura biləcək qərar verib.

AzerVoice xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyi Norveç səfirliyinə məlumat verib ki, Ramallahdakı Fələstin Muxtariyyətində çalışan norveçli diplomatlar "Tel-Əviv də daxil olmaqla İsrail sərhədləri daxilində yaşaya bilməzlər".

Norveç İsrailə xəbərdarlıq edib ki, İsrailin Fələstin Administrasiyası ilə işləyən Norveç rəsmilərinin diplomatik statusunu ləğv etmək qərarına görə iki ölkə arasındakı münasibətlər korlanacaq.

Norveçin xarici işlər naziri Espen Bart Eide cümə axşamı verdiyi açıqlamada, "Bu gün qəbul edilən qərarın baş nazir Benyamin Netanyahu hökuməti ilə münasibətlərimiz üçün nəticələri olacaq. Netanyahu hökumətinin yaratdığı bu vəziyyətə Norveçin cavab vermək üçün hansı tədbirləri görəcəyini müzakirə edirik",- deyə bildirib.

İsrailin qərarını "ifrat" adlandıran Eide, "Bu qərar ilk növbədə Fələstin xalqına kömək etmək qabiliyyətimizə təsir edir" dedi. Eide, İsrail və Norveçin xüsusilə bölgədəki əhəmiyyətli gərginlik fonunda "yaxşı işləyən diplomatik kanalları" mühafizə etməsinin vacib olduğunu vurğuladı.

"Norveç həmişə İsrailin və İsrail xalqının dostu olub və bundan sonra da olacaq. Norveç eyni zamanda işğalı, Qəzzada müharibənin həyata keçirilmə formasını və bunun fələstinli mülki əhaliyə verdiyi əziyyətləri tənqid edərkən də konkret olmuşdur",- deyə o əlavə edib.

İsrail Xarici İşlər Nazirliyi qeyd edib ki, Fələstinə göndərilən norveçli diplomatlar akkreditasiya edilməyəcək, həmçinin Norveçin Fələstin Muxtariyyətindəki nümayəndəliyində xidmət etmək üçün göndərilən Norveç rəsmilərinin İsraildəki diplomatik statusu da ləğv ediləcək.

Qeyd edək ki, ötən ay da İsrail tərəfindən Eidenin İsrailə səfərinə icazə verilməməsi ilə bağlı qərar qəbul edilmişdi.

Norveç ilə İsrail arasındaki diplomatik əlaqələr korlana bilər
Məqalədə: #İsrail #Norveç

Mövzu üzrə digər xəbərlər

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
İran

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi

9 Sentyabr 22:13
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran

İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir

9 Sentyabr 21:09
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Digər Xəbərlər

Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib

9 Sentyabr 20:51

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.