11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Britaniyalı diplomat ölkəsinin İsrailə silah satışına görə istefa verib

19 Avqust 2024 11:54
Britaniyalı diplomat ölkəsinin İsrailə silah satışına görə istefa verib

Bakı, AzerVoice

İngiltərənin İsrailə silah satışına etiraz olaraq Britaniyanın Dublindəki diplomatı Mark Smit istefa verib.

AzerVoice xəbər verir ki, Smit istefa məktubunu X hesabında paylaşıb. Məktubda “Britaniya Xarici İşlər Nazirliyi müharibə cinayətinin ortağıdır” ifadəsinə yer verilib.

Smith məktubda hərbi cinayətlərdə iştirak edən bir dövlət qurumunda işləyə bilməyəcəyini deyib.

O əvvəl də nazirliyin Yaxın Şərq və Şimali Afrikaya silah ixracı lisenziyaları ilə bağlı bölməsində çalışdığını bildirib.

"Hər gün İsrailin Qəzzada törətdiyi hərbi cinayətlərin və beynəlxalq insan hüququn pozulmasının şahidi oluruq. İsrail hökumətinin və ordusunun aparıcı simaları açıq şəkildə soyqırım niyyətlərini nümayiş etdirir, mülki əraziləri qəsdən yandırır, talan edir, əsrlərə işgəncə və təcavüz etdiklərini açıq şəkildə etiraf edirlər", -deyə o məktubunda bildirib.

Məktubunda universitetlər və evlər kimi mülki strukturların dağıdıldığını, humanitar yardımların qarşısının alındığını və Qəzzada təhlükəsiz yer qalmadığını bildirən Smit, “Qırmızı Xaç təcili yardım maşınlarına hücum edilir, məktəblər və xəstəxanalar müntəzəm olaraq hədəfə alınır. Bunlar müharibə cinayətləridir”,- deyə əlavə edib.

İngiltərənin İsrailə silah satışına davam etdiyini bildirən Smit, "İngiltərənin İsrailə silah satması heç bir şəkildə haqq qazandırıla bilməsə də, bir şəkildə silah satışı davam edir. Bunu rəsmi araşdırma da daxil olmaqla qurumun bütün səviyyələrində dilə gətirdim. "Təşəkkür edirik, narahatçılığınızı qeyd etdik" sözündən başqa heç bir qarşılıq almadım",- deyə sözlərinə əlavə edib.

Smith, İngiltərə rəsmilərinin silah satışı ilə bağlı "dünyanın ən şəffaf ixrac lisenziya sisteminə sahibik" iddialarının doğru olmadığını deyib.

Smit digər nazirlik işçilərini də narazılıqlarını bildirməyə çağırıb.

Smitin istefasına Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albanese də dəstək verib."Ümid edirəm ki, digər diplomatlar da Mark Smitin cəsarətli yolu ilə gedəcək və İsrail vəhşiliyinə şərait yaradanlara qarşı çıxacaq"-deyə o X hesabında paylaşım edib.

Qeyd edək ki, BBC müxbirləri tərəfindən Smitin istefa ərizəsinin imzasında “Terrorla Mübarizədə İkinci Katib” yazıldığı bildirilir.

Britaniyalı diplomat ölkəsinin İsrailə silah satışına görə istefa verib Britaniyalı diplomat ölkəsinin İsrailə silah satışına görə istefa verib Britaniyalı diplomat ölkəsinin İsrailə silah satışına görə istefa verib
Məqalədə: #İsrail #Böyük Britaniya #istefa #silah satışı #Mark Smit

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

09:53
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH

10 Sentyabr 21:28
Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
İran

Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib

10 Sentyabr 20:10

Son Xəbərlər

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
12:43
SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
12:20
Milyonların sevdiyi səudiyyəli müğənni Zeynə İmad kimdir?
Milyonların sevdiyi səudiyyəli müğənni Zeynə İmad kimdir?
12:06
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
11:53
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
10:06
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.