5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Brüsseldə Aİ xarici işlər nazirlərinin görüşü keçirilib

29 Avqust 2024 17:34
Brüsseldə Aİ xarici işlər nazirlərinin görüşü keçirilib

Bakı, AzerVoice

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri cari hadisələri qiymətləndirmək üçün bir araya gəlib.

AzerVoice xəbər verir ki, Aİ ölkələrinin xarici işlər nazirləri Ukrayna, Yaxın Şərq və Venesuela kimi qlobal məsələləri müzakirə etmək üçün Belçikanın paytaxtı Brüsseldə görüş təşkil ediblər. Görüşə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell sədrlik edir.

İclasın girişində Borrell Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə birgə mətbuata açıqlamalar verib.

Dondurulan 1,4 milyard avroluq Rusiya varlıqlarının Ukraynaya və bu ölkəyə hərbi dəstək verən ölkələrə göndərildiyini açıqlayan Borrell, Ukraynanın müdafiə gücünü artırmaq üçün ilk dəfə belə bir addım atıldığına bildirib.

Borrell həmçinin bildirib ki, Ukraynaya hava hücumundan müdafiə vasitələrinin verilməsi prioritet məsələ olaraq qalır.

Qeyd edək ki Ukrayna Qərb ölkələrinə məxsus silahlardan Rusiya daxilindəki qanuni hədəflərə qarşı istifadə etmək istədiyini bildirmişdi. Ukraynanın bu istəyinə diqqət çəkən Borrell, bu məsələdəki məhdudiyyətlərin aradan qaldırılması lazım olduğunu deyib.

İclasda Türkiyənin xarici işlər naziri Hakan Fidanın da iştirak edəcəyini xatırladan Borrell, Türkiyənin Aİ üzvü olan Cənubi Kiprin mövqeyi ilə bağlı Aİ-nin rolunu anlamalı olduğunu bildirib.

Borrell, Fidanın bəzi nazirlərlə ikitərəfli görüşlər keçirəcəyinə də işarə edib.

Venesuelada baş verən hadisələrdən narahat olduqlarını bildirən Borell görüşə müxalifətdən prezidentliyə namizəd Edmundo Qonzalesi də dəvət etdiyini deyib.

Brüsseldə Aİ xarici işlər nazirlərinin görüşü keçirilib
Məqalədə: #Hakan Fidan #Aİ #brüssel görüşü

Mövzu üzrə digər xəbərlər

Müharibə tərəfləri bölgəni məhv edən prosesi davam etdirir - Hakan Fidan
Türkiyə

Müharibə tərəfləri bölgəni məhv edən prosesi davam etdirir - Hakan Fidan

31 Avqust 18:58
Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan
Türkiyə

Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

31 Avqust 18:49
Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib
Türkiyə

Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

31 Avqust 18:26
Səudiyyə Ərəbistanı süni intellekt sahəsində liderliyə can atır
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı süni intellekt sahəsində liderliyə can atır

31 Avqust 12:27

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.