5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Süni intellekt Aleksa Tramp və Harris haqqında fərqli cavablar verib

6 Sentyabr 2024 16:34
Süni intellekt Aleksa Tramp və Harris haqqında fərqli cavablar verib

Bakı, AzerVoice

Amazon-un süni intellekt köməkçisi Aleksa-nın Kamala Harris və Donald Trump haqqında suallara verdiyi qərəzli cavablar istifadəçilər arasında müzakirələrə səbəb olub.

AzerVoice xəbər verir ki, bu barədə ABŞ-ın "Washington Post" qəzeti məqalə yayımlayıb.

Məlumata görə, Aleksa "Niyə Kamala Harrisə səs verməliyəm?" sualına müsbət və dəstəkləyici cavab verdiyi halda, eyni sual Donald Trump haqqında verildikdə neytral bir cavab təqdim edib.

Belə ki, Aleksa, Harrisə səs vermək üçün "onun güclü namizəd olduğunu və nailiyyətlərinin sübut edildiyini" vurğulayıb, lakin Trump haqqında verilən suala "Mən müəyyən bir siyasi partiyanı və ya namizədi dəstəkləyən məzmun təqdim edə bilmərəm" cavabını verib.

Bu fərqli cavablar sosial mediada geniş yayılaraq tənqidlərə yol açıb və Amazon-un qərəzli olmaqda ittiham edilməsinə səbəb olub.

Amazon-un sözçüsü Kristy Schmidt isə bu fərqlərin "bir səhvin nəticəsi" olduğunu və artıq düzəldildiyini açıqlayıb. Trampın kampaniya sözçüsü Steven Cheung isə texnologiya şirkətini tənqid edərək, bu problemin ictimaiyyət tərəfindən üzə çıxarılmasaydı, Amazon-un bu "səhv"i düzəldib-düzəltməyəcəyini sorğulayıb.

Bu hadisə texnologiya şirkətlərinin süni intellekt əsaslı sistemlərinin siyasət mövzusunda balanslı və tərəfsiz olmasının əhəmiyyətini bir daha gündəmə gətirib.

Süni intellekt Aleksa Tramp və Harris haqqında fərqli cavablar verib
Məqalədə: #ABŞ #Süni intellekt #Donald Tramp #Kamala Harris

Mövzu üzrə digər xəbərlər

ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
Digər Dövlətlər

ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb

18:25
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
İran

İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ

18:20
ABŞ-nin hərbi üstünlüyünə baxmayaraq müqavimət göstərdik - Iran
İran

ABŞ-nin hərbi üstünlüyünə baxmayaraq müqavimət göstərdik - Iran

18:12
ABŞ-də benzin qiymətləri rekord həddə yaxınlaşır
Digər Dövlətlər

ABŞ-də benzin qiymətləri rekord həddə yaxınlaşır

18:03

Son Xəbərlər

Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
18:53
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
18:45
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
18:38
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
18:25
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
18:20
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.