4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Fransanın Yeni Kaledoniyada törətdiyi hadisələr Əlcəzair müharibəsi zamanı yerli əhaliyə qarşı rəftarı xatırladır

25 Sentyabr 2024 07:45

Bakı. AzerVoice

Bu il mayın 13-dən, Yeni Kaledoniyadakı indiki hadisələrin başlanğıcından etibarən Fransa bu uzaq ərazidə köhnə müstəmləkə kabusunu yenidən canlandırmağa başlayır. Dövlətin adanın cənubundakı Mont-Dore kommunasında yerləşən Saint-Louis qəbiləsinə münasibəti, təəssüf ki, Əlcəzair müharibəsi zamanı yerli əhaliyə qarşı edilən rəftarı xatırladır. Heç bir xəcalət çəkməyən dövlət, qeyri-mütənasib güc münasibətinə baxmayaraq, zərərsizləşdirilməli və susdurulmalı olan 1200 cinayətkarla iş aparırmış kimi davranır.

Tarixinə iz qoymuş qəbiləmiz üç övladının öldürülməsinə layiq idimi? Bu gənclər, cəsarətlə siyasi ideallarını müdafiə etdikləri üçün öldürülmüşdü. Əllərində sadəcə ov tüfəngləri, daş atma alətləri, ayaqlarında sadə başmaqlar olan bu gənclər, GIGN-in (Fransa Milli Jandarması) güllələrinin altında can verdilər. Görünür, bizim bədbəxtliyimizə görə Yeni Kaledoniya ilə Fransa arasındakı bir neçə min kilometr məsafə özünümüdafiə anlayışını Sakit okeanda öldürmək üçün lisenziyaya çevirdi.

AzerVoice xəbər verir ki, bu fikirlər kanakların yaydığı bəyanatda yer alıb.

Bəyanatda deyilir: “1981-ci ildə edam edilən müstəqillik lideri Pierre Declercqin sui-qəsdçilərinin peşman olmadıqları görünür. Buna görə də, dövlətin üç gənc Kanakı güllələmək üçün bu qədər vasitəni işə salmağa vadar edən səbəblərini sorğulamaq haqqımızdır. Daha da narahatedici olan isə hələ də sağ olan qəbiləmizin gənclərindən, qardaşlanın eyni aqibəti ilə üzləşməmək üçün, hakimiyyətə təslim olmalarının tələb edilməsidir. Hər kəs bilir ki, belə kiçik bir ərazidə, onlar istənilən anda yaxalanıb həbs oluna bilərlər.

Beləliklə, Saint-Luis adasında ədalət qeyri-adi sürətlə “bərpa olunmağa” çalışılır. Halbuki, hakim Claire-Marie Casanovanın dediyi kimi, “ədalət heç vaxt zamanında yerində deyil, heç vaxt vaxtından əvvəl olmayıb, həmişə gecikməsi ilə tənqid olub”. Bəs niyə qəbiləmizin hüquqi məsələlərində birdən-birə bu tələsiklik var? Bu sualın cavabı tələb olunur, çünki dövlətin bu məsələdəki həqiqi motivləri ilə bağlı şübhələrimiz var.

Əminliklə bildiyimiz tək şey budur ki, bu dövlət üçün nə hüquqa hörmət edilməsi, nə də insan həyatlarının itirilməsi onun ilahi missiyasını yerinə yetirməyinə əngəl törətmir.

Buna əmin olmaq üçün, sadəcə olaraq, bizim yollarımızda qanunsuz şəkildə dövr edən hərbi avtomobillərin sayının artmasını müşahidə etmək kifayətdir. Sanki qəbiləmizin ətrafında Sakit Okeanın Berlin divarını tədricən yüksəldirlər. Torpaqlarımız blokadaya alınıb, əhalimiz aclıq çəkir və gənclərimiz öldürülür.

Biz artıq yerli məhkəmədən heç nə gözləmirik. Ona məcburən müraciət edirik, amma onun ədalətsiz qərarları güclüləri qoruyur, zəifləri əzir və bizi anlaşılmazlığın dibinə salır.

Biz Saint-Luis qəbiləsinin, istəmədən də olsa, dövlət tərəfindən təşkil edilmiş dəhşətli bir oyunun mərkəzində olduğuna əminik. Burada qurbanlar dövlət tərəfindən təşkil olunan bir təbliğat vasitəsilə cəllad kimi təqdim edilir və beləliklə müstəmləkə nizamı qorumağa çalışırlar.

Əgər Saint-Luisdəki hazırki sistem dövlətin bütün ərazini nəzarətdə saxlama iddiası üçün bir «qəza testi» kimi təsvir edilirsə, bilsin ki, bütün bir qəbiləni şəhid etməsi bəlkə də Kanak müstəqillik arzusunu boğmaqdan daha asan olacaq”.

Bəyanatı Qəbilə klan başçıları Şurasının sədri Eugene Decoire və şuranın üzvü Yohann Vamytan imzalayıb.

Məqalədə: #Fransa #Yeni Kaledoniya

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

22:24
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
Digər Dövlətlər

ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır

21:12
Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb
Digər Xəbərlər

Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

3 Sentyabr 21:03
Fransanın “Pasqal” şirkətinin səhmləri ilk gündə 73 faizədək bahalaşıb
Texnologiya

Fransanın “Pasqal” şirkətinin səhmləri ilk gündə 73 faizədək bahalaşıb

28 Avqust 22:18

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.