7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Çin qitələrarası ballistik raket sınağını qanuni hesab edib

26 Sentyabr 2024 17:57
Çin qitələrarası ballistik raket sınağını qanuni hesab edib

Bakı, AzerVoice

Çin dünən həyata keçirdiyi qitələrarası ballistik raket sınağının adi bir fəaliyyət olduğunu və beynəlxalq təcrübəyə uyğun olaraq qanuni şəkildə həyata keçirildiyini bildirib.

AzerVoice xəbər verir ki, Çin Müdafiə Nazirliyinin sözçüsü Zhang Xiaogan Pekində keçirilən mətbuat konfransında sınağın silah qabiliyyətini, eləcə də müvafiq hərbi hissələrin hazırlıq səviyyəsini yoxlamaq məqsədi daşıdığını bildirib.

Canq, Çinin nüvə siyasətinin, müdafiə olunmaq məqsədi daşıdığını bildirib. Həmçinin qeyd edib ki, Çin bu silahdan ilk istifadə edən tərəf olmaq istəmir.

Xatırladaq ki, Çin Xalq Azadlıq Ordusu tərəfindən dünən sınaq məqsədilə Sakit Okeana qitələrarası ballistik raket (ICBM) atıldığı və saxta döyüş başlığı daşıyan raketin dənizdə təyin olunmuş əraziyə düşdüyü bildirilmişdi.

Açıqlamada sınaq buraxılışının Çin ordusunun illik təlim planında rutin bir fəaliyyət olduğu heç bir ölkəni hədəf almadığı bildirilib.

Verilən açıqlamada raketin düşdüyü ərazi haqqında məlumat verilməsə də, buraxılışdan əvvəl müvafiq ölkələrə lazımi xəbərdarlıqların edildiyi deyilib.

Çinin Şimal-Şərqi Asiya qonşusu Yaponiya raket sınağı və Pekinin artan hərbi fəaliyyəti ilə bağlı "ciddi narahatlığını" ifadə edib..

Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Hayaşi Yoşimasa, Çin tərəfinin sınaqla bağlı heç bir məlumat vermədiyini deyib.

Həmçinin Yoşimasa deyib ki, raket Yaponiya üzərindən keçməyib.

Qeyd edək ki, mənzili 5500 kilometri ötən ballistik raketlər "qitələrarası" kimi müəyyən edilir. Çinin bu günə qədər istehsal etdiyi ən qabaqcıl qitələrarası ballistik raket olan "Dongfing (Şərq Küləyi) 41" (DF-41) 12 min ilə 15 min kilometr məsafə qət edə bilir.

Çin qitələrarası ballistik raketi ilk dəfə 1980-ci ildə Cənubi Sakit okeana atdığını bildirib.

Çin qitələrarası ballistik raket sınağını qanuni hesab edib
Məqalədə: #Çin #ballistik raket

Mövzu üzrə digər xəbərlər

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir
Avto İcmal və Testlər

ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

3 Sentyabr 21:37
Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb
Misir

Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb

3 Sentyabr 16:08
Azərbaycan və Çin arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə olunub
Energetika

Azərbaycan və Çin arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə olunub

3 Sentyabr 12:09

Son Xəbərlər

Qəzzada ölənlərin sayı 73 658-ə çatıb
Qəzzada ölənlərin sayı 73 658-ə çatıb
18:05
Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
17:00
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
16:38
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
16:09
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
16:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.