12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Aİ 21 milyard avroluq rüsumları müvəqqəti dayandırıb

15 Aprel 2025 17:12
Aİ 21 milyard avroluq rüsumları müvəqqəti dayandırıb

BAKI, AzerVoice

Avropa İttifaqı ABŞ-ın polad və alüminiuma rüsumlarına qarşı cavab tədbirlərini iyulun 14-dək təxirə salıb

AzerVoice xəbər verir ki, Avropa İttifaqı ABŞ ilə ticarət gərginliyini azaltmaq və danışıqlara imkan yaratmaq məqsədilə, polad və alüminium məhsullarına görə planlaşdırdığı 21 milyard avroluq cavab rüsumlarını iyulun 14-dək dayandırıb.

Avropa Komissiyası bu qərarı dünən qəbul edib və iyulun 14-nə qədər ABŞ-dan idxal olunan motosikllər, lüks qayıqlar və portağal suyu kimi məhsullara planlaşdırılan 25 faizlik gömrük rüsumunun tətbiqini dayandırıb. Aİ Komissiyasının bəyanatında bildirilib ki, ABŞ-ın tətbiq etdiyi rüsumlar ədalətsizdir və qlobal iqtisadi sabitliyə mənfi təsir göstərir.

Aİ Komissiyasının sədri Ursula fon der Leyen ötən həftə məsələ ilə bağlı diplomatik gedişə üstünlük veriləcəyini bildirmişdi. Hazırda Aİ-nin ticarət üzrə komissarı Maros Şefçoviç Vaşinqtonda müvafiq danışıqlar aparır. O, ABŞ Ticarət naziri Howard Lutnick ilə görüşdən sonra bildirib ki, Aİ “sıfırdan sıfıra” tarif modeli və sənaye məhsullarına maneəsiz ticarət prinsipi üzərində işləməyə hazırdır.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 25 faizlik polad və alüminium rüsumları tətbiq etmiş, Avropa İttifaqı isə bu addıma qarşı cavab tədbirləri hazırlamışdı. Mövcud qərar isə tərəflər arasında mümkün razılaşma üçün vaxt qazanmaq məqsədi daşıyır.

Məqalədə: #ABŞ #Avropa İttifaqı (Aİ) #Ursula fon der Leyen #Trampın tarifləri #Gömrük rüsumu #ABŞ-ın tarif siyasəti və ticarət gərginliyi #ABŞ ticarət naziri Hovard Lutnik #Polad və alüminium tarifləri

Mövzu üzrə digər xəbərlər

İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
İraq

İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb

13:09
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12:53
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Digər Dövlətlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb

11 Sentyabr 21:39
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
İran

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran

11 Sentyabr 21:31

Son Xəbərlər

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
13:46
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
13:36
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
13:13
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
13:09
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
13:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.