6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Paris danışıqları yekunlaşır- növbəti zirvə Londonda olacaq

18 Aprel 2025 16:32
Paris danışıqları yekunlaşır- növbəti zirvə Londonda olacaq

BAKI, AzerVoice

Parisdə Ukrayna üzrə keçirilən yüksək səviyyəli danışıqlarda sülhə dair qərarın taleyi bir neçə gün ərzində məlum olacaq.

AzerVoice xəbər verir ki, Parisdə Ukrayna ilə bağlı keçirilən yüksək səviyyəli danışıqlardan sonra ABŞ dövlət katibi Marko Rubio münaqişənin qısa müddətdə siyasi yolla həllinin mümkün olub-olmayacağına dair qərarın bir neçə gün ərzində veriləcəyini bildirib.

Fransa Prezidenti Emmanuel Makronun ev sahibliyi etdiyi görüşdən sonra Le Bourget hava limanında jurnalistlərə açıqlama verən Rubio, “Əgər yaxın günlərdə razılaşma mümkün olmazsa, yolumuza davam edəcəyik” – deyə bildirib.

Rubio qeyd edib ki, Avropa ölkələri görüşlərdə “son dərəcə konstruktiv” mövqe nümayiş etdiriblər və onların gələcək danışıqlarda da fəal iştirakını arzuladıqlarını söyləyib. Fransız rəsmilər Paris görüşlərini “mükəmməl” adlandıraraq, növbəti raundun gələn həftə Londonda keçiriləcəyini açıqlayıblar.

ABŞ dövlət katibi, münaqişənin hərbi yolla həllinin mümkün olmadığını vurğulayaraq, “Gələcək bir il ərzində minlərlə insanın həyatını itirməsinin qarşısını almağa çalışırıq” – deyə bildirib.

Rubio onu da əlavə edib ki, ABŞ üç ildir Ukraynaya dəstək verir, lakin bu münaqişənin birbaşa tərəfi deyil. O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da görüşdüyünü və Ukraynaya barışıq üçün təklif təqdim olunduğunu qeyd edib.

Rubio Avropa ölkələrinin Rusiyaya tətbiq edilən sanksiyaları nəzərdən keçirmələrini gözlədiyini bildirib. “Bu hadisə Avropa qitəsində baş verir. Avropalıların buna önəm verməsi tamamilə aydındır” – deyə vurğulayıb.

Makron isə danışıqlar barədə “Hər kəs davamlı və möhkəm sülh istəyir. Sual yalnız mərhələliliklə bağlıdır” – deyə açıqlama verib.

Qeyd edək ki, The Guardian və Le Monde kimi nüfuzlu nəşrlər, ABŞ, Avropa və Ukrayna rəsmilərinin növbəti görüş üçün Londonda toplanacağını yazıb. Ukrayna Baş Qərargah rəisi Andriy Yermak isə görüşdən sonra sülhə doğru atılacaq növbəti addımlarda tam atəşkəs, çoxmillətli hərbi qüvvələrin iştirakı və effektiv təhlükəsizlik arxitekturası məsələlərinin müzakirə olunduğunu bildirib.

Məqalədə: #Rusiya #ABŞ #Fransa #Ukrayna #Sergey Lavrov #Emmanuel Makron #Marko Rubio #Ukrayna və Rusiyanın barışıq təklifləri #Ukrayna münaqişəsi və sülh danışıqları #Londonda keçiriləcək növbəti Ukrayna danışıqları #atəşkəs və sülh perspektivləri #beynəlxalq müdaxilə məsələləri

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.