14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Efiopiyada ərzaq çatışmazlığı kritik həddə çatıb

22 Aprel 2025 15:16
Efiopiyada ərzaq çatışmazlığı kritik həddə çatıb

BAKI, AzerVoice

Efiopiyada 10 milyondan çox insan qida çatışmazlığından əziyyət çəkir.

AzerVoice xəbər verir ki, BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) Efiopiya üzrə direktoru Zlatan Milişiç, ölkədə ciddi humanitar böhranın davam etdiyini açıqlayıb.

Onun sözlərinə görə, münaqişə, iqlim böhranı, iqtisadi qeyri-sabitlik və köçkünlük səbəbindən Efiopiyada 10 milyondan çox insan qida çatışmazlığı ilə üz-üzədir.

Milişiç bildirib ki, bu vəziyyət öz evlərini tərk etmək məcburiyyətində qalan 3 milyon insanı da əhatə edir. Xüsusilə 4,4 milyon hamilə qadın və uşaq təcili qida müalicəsinə ehtiyac duyur.

Hazırda ÜƏP ölkədəki 800 min qaçqına, o cümlədən 100 min sudanlıya dəstək verir. Lakin resurs çatışmazlığı səbəbindən bu həftə 650 min qadın və uşaq üçün müalicə proqramlarının dayandırıldığı açıqlanıb.

Milişiç qeyd edib ki, əgər iyun ayına qədər maliyyə təmin olunmasa, 800 min qaçqın üçün ərzaq və pul yardımı da dayandırılacaq. 2025-ci ilə qədər 7,2 milyon insana yardım göstərmək üçün isə ÜƏP-nin sentyabr ayına qədər 222 milyon dollara ehtiyacı var.

Qeyd edək ki, Efiopiyada artan ehtiyaclar fonunda ÜƏP-in cavab tədbirləri ciddi şəkildə maliyyələşdirilmir və bu, milyonlarla insanın həyatı üçün risk yaradır. BMT beynəlxalq donorları təcili dəstəyə çağırır.

Məqalədə: #humanitar böhran #Efiopiya #Efiopiyada humanitar böhran #qida çatışmazlığı #Maliyyə çatışmazlığı #BMT ərzaq yardımı #qaçqınlara yardım

Mövzu üzrə digər xəbərlər

İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb
İran

İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb

13:27
İraq İranla üç sərhəd-keçid məntəqəsini yenidən açıb
İran

İraq İranla üç sərhəd-keçid məntəqəsini yenidən açıb

11:38
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
Səudiyyə Ərəbistanı

İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi

07:26
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

13 Sentyabr 19:40

Son Xəbərlər

Küveyt və Böyük Britaniya media əməkdaşlığını genişləndirir
Küveyt və Böyük Britaniya media əməkdaşlığını genişləndirir
15:36
İordaniya və Fransa hərbi əməkdaşlığı gücləndirir
İordaniya və Fransa hərbi əməkdaşlığı gücləndirir
15:29
Qətər Ərəb Əmək Konfransında rəqəmsal əmək bazarını müzakirə edir
Qətər Ərəb Əmək Konfransında rəqəmsal əmək bazarını müzakirə edir
15:23
Məhəmməd bin Salman ABŞ Mərkəzi Komandanlığının rəhbəri ilə görüşüb
Məhəmməd bin Salman ABŞ Mərkəzi Komandanlığının rəhbəri ilə görüşüb
15:16
İranla Oman Hörmüzlə bağlı razılığa gəldi: ABŞ nə edəcək? - Rufiz Hafizoğlu
İranla Oman Hörmüzlə bağlı razılığa gəldi: ABŞ nə edəcək? - Rufiz Hafizoğlu
15:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.