9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Elektrik şəbəkəsi çökməsi Avropanı silkələyər

29 Aprel 2025 09:26
Elektrik şəbəkəsi çökməsi Avropanı silkələyər

BAKI, AzerVoice

Avropada kütləvi elektrik kəsilməsi səbəbindən Pireney yarımadası qaranlığa qərq olub. Bəs bunun Türkiyəyə təsiri varmı?

AzerVoice xəbər verir ki, İspaniya və Portuqaliyanın geniş bölgələrini əhatə edən naməlum mənşəli kütləvi elektrik kəsilməsi həyatın iflic olmasına səbəb olub.

Hadisə Andorra, Fransa və Belçikanın bəzi hissələrində də fasilələrlə müşayiət edilib. Türkiyənin elektrik sistemi isə URUK platforması vasitəsilə təhlükəsizlik tədbirləri gördüyündən, riskli vəziyyətdən qorunur.

İspaniyanın paytaxtı Madriddə işıqforların dayanması ilə nəqliyyatda xaos yaranıb, Barajas hava limanı fəaliyyətini dayandırıb, qatarların və metronun hərəkəti iflic olub. “Madrid Open” tennis turniri elektrik kəsintisinə görə yarımçıq qalıb, xəstəxanalarda əməliyyatlar təxirə salınıb. Şəhərin küçələrində minlərlə insan ofislərdən təxliyə edilib, təhlükəsizlik tədbirləri gücləndirilib. Madrid muxtar hökumətinin rəhbəri İzabel Diaz Ayuso ordudan dəstək istənilə biləcəyini bildirib.

Portuqaliyada da ölkə miqyasında elektrik enerjisinin kəsildiyi açıqlanıb. Paytaxt Lissabon və Porto şəhərlərində metro xətləri bağlanıb, kartla ödənişlər mümkün olmayıb. REN və E-Redes şirkətləri insidentin Avropa elektrik şəbəkəsindəki problemlərlə və İspaniyada qeydə alınan nadir hava hadisələri ilə əlaqəli ola biləcəyini bildirib.

Fransanın Andorra sərhədində və Belçikanın bəzi bölgələrində də elektrik kəsintiləri müşahidə olunub. Avropa Şurasının sədri Antonio Kosta və ölkə liderləri ilkin araşdırmalar nəticəsində hadisənin kiberhücumdan qaynaqlandığına dair heç bir dəlil tapılmadığını bəyan ediblər.

Türkiyə isə 2015-ci ildəki genişmiqyaslı elektrik kəsilməsindən sonra təhlükəsizlik tədbirlərini gücləndirib. ASELSAN tərəfindən hazırlanmış URUK sistemi ilə ölkənin elektrik və digər kritik infrastrukturları mərkəzi şəkildə idarə olunur və potensial kiberhücumlardan qorunur. Türkiyənin Avropa elektrik xətləri ilə birbaşa bağlantısının olmaması da bu riski minimuma endirir.

Qeyd edək ki, 31 mart 2015-ci ildə Türkiyə 9 saat davam edən kütləvi elektrik kəsilməsi yaşamış və bundan sonra enerji sahəsində təhlükəsizlik tədbirləri gücləndirilmişdi.

Məqalədə: #Türkiyə #Avropa #Fransa #İspaniya #Portuqaliya #kütləvi elektrik kəsintisi #elektrik enerjisi kəsintisi #İspaniyada fövqəladə vəziyyət #genişmiqyaslı elektrik kəsintiləri #Portuqaliya enerji problemi

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

8 Sentyabr 21:54
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan

Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb

8 Sentyabr 21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib
İran

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib

8 Sentyabr 21:07

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.