7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Sosial şəbəkələr casusluğun yeni cəbhəsi olub

2 May 2025 10:47
Sosial şəbəkələr casusluğun yeni cəbhəsi olub

BAKI, AzerVoice

Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) sosial media vasitəsilə Çin casuslarını cəlb etməyə çalışır.

AzerVoice xəbər verir ki, CİA Çin daxilində casus şəbəkəsini yenidən qurmaq məqsədilə ilk dəfə olaraq sosial mediadan istifadə edir. Agentlik bu məqsədlə YouTube, Instagram və Facebook kimi platformalarda Çin dilində iki video yayımlayıb.

Videolarda Çin Kommunist Partiyasının daxili narazılıqlarına toxunulur və potensial informatorlara CİA ilə əlaqə saxlamaq üçün təlimatlar verilir. Bu videolar, daha əvvəl Rusiyaya qarşı həyata keçirilmiş bənzər təşəbbüslərin davamı kimi qiymətləndirilir.

CİA-nin Çin üzrə keçmiş təhlil rəhbəri Dennis Wilder bu cəhdləri “çox nadir və kəşfiyyat sahəsində görünməmiş bir hal” adlandırıb. O bildirib ki, videolar Çin lideri Si Cinpin-in hakimiyyət daxilində apardığı “təmizləmələrdən” yaranan narazılıqlardan istifadə məqsədi daşıyır.

Qeyd edək ki, Çin vətəndaşlarının Qərb sosial media platformalarına çıxışı məhdudlaşdırılsa da, bəzi istifadəçilər VPN-lər vasitəsilə bu bloklamaları aşaraq videolara baxa bilirlər.

CİA-nin bu təşəbbüsü, Çin hakimiyyətinin 2010-cu illərdə ABŞ xeyrinə casusluqda ittiham olunan onlarla vətəndaşı həbs və ya edam etməsindən sonra casus şəbəkəsinin dağılmasının ardından gəlir. Agentlik həmin vaxt informatorlar üçün istifadə olunan gizli rabitə sistemlərinin Çinin əlinə keçməsini qəbul etmişdi.

2023-cü ildə CİA direktoru Bill Burns, Çində casusluq şəbəkəsinin bərpasında “irəliləyiş əldə edildiyini” açıqlamışdı.

Qarşı tərəfdən Çin hökuməti də əks-casusluq tədbirlərini gücləndirib. Dövlət Təhlükəsizliyi Nazirliyi əhalini şübhəli fəaliyyətlər barədə məlumat verməyə çağırıb, WeChat üzərindən təbliğat kampaniyaları aparır və yeni qanunvericiliklə nəzarəti artırır.

Məqalədə: #ABŞ #Çin #sosial media #CİA #CİA Çin casus şəbəkəsi #Çin sosial mediada casusluq #ABŞ kəşfiyyat strategiyası #Çin əleyhinə casusluq əməliyyatı #sosial mediada casusluq

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Ford İraqda yeni rəsmi distribyutor təyin edib
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
16:04
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
15:55
"44" bədii filminin premyerasının vaxtı məlum olub
"44" bədii filminin premyerasının vaxtı məlum olub
15:47
Səudiyyə Ərəbistanı Əl-Xəfci şəhərində yeni sahil layihəsi həyata keçirəcək
Səudiyyə Ərəbistanı Əl-Xəfci şəhərində yeni sahil layihəsi həyata keçirəcək
15:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.