10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Yanğınlar və toz fırtınası İsrailin mərkəz və cənub bölgələrini vurub

2 May 2025 10:54
Yanğınlar və toz fırtınası İsrailin mərkəz və cənub bölgələrini vurub

BAKI, AzerVoice

İsraildə meşə yanğınları və qum fırtınası ölkənin cənubunu vurub.

AzerVoice xəbər verir ki, İsrailin Qüds və Təl-Əviv arasındakı meşəlik ərazilərdə baş verən irimiqyaslı yanğınlar və eyni vaxtda ölkənin cənubunu əhatə edən güclü qum fırtınası ciddi təbii və humanitar vəziyyət yaradıb.

İsrailin “Haaretz” qəzetinin təhlükəsizlik mənbələrinə istinadla verdiyi məlumata görə, Eştaol meşəsi yaxınlığındakı bəzi kəndlərdə baş verən hadisələrin Fələstin kəndlərinə basqın edən bəzi radikal qrupların əkin sahələrində yanğına səbəb olması ilə başladığı iddia olunur. Güclü külək nəticəsində alov meşə sahələrinə keçib və 12 min hektardan çox ərazini əhatə edib.

Yanğın nəticəsində Qüds və Təl-Əviv arasındakı 5 yaşayış məntəqəsi – Neve Şalom, Bekoa, Taoz, Naşşon və Mesilat Sion boşaldılıb, 7000-ə yaxın sakin təxliyə olunub. İsrailin Fövqəladə Hallar Xidməti bildirib ki, alovun qarşısını almaq üçün 119 yanğınsöndürmə qrupu və 12 hava vasitəsi cəlb edilib. Eyni zamanda, bəzi əsas yollar, o cümlədən 1 nömrəli magistral yolun bağlandığı bildirilib.

Qeyd edək ki, İsrail hökuməti vəziyyətin nəzarətdən çıxmasının qarşısını almaq üçün Yunanıstan, Xorvatiya, İtaliya və Cənubi Kipr də daxil olmaqla bir neçə ölkəyə beynəlxalq yardım üçün müraciət edib. Artıq Cənubi Kipr və İtaliyadan 8 yanğınsöndürmə təyyarəsinin İsrailə göndərilməsi planlaşdırılıb.

Bununla yanaşı, İsrailin cənub bölgələrində baş verən və nadir rast gəlinən qum fırtınası da əlavə çətinliklər yaradıb. Kanal 12 televiziya kanalı fırtınanı "qeyri-adi" adlandırıb və bəzi bölgələrdə görmə məsafəsinin sıfıra qədər düşdüyünü bildirib. Fırtına və yanğınların eyni vaxtda baş verməsi fövqəladə vəziyyətin miqyasını daha da genişləndirib.

Məqalədə: #İsrail #qum fırtınası #Fövqəladə vəziyyət #Təbii Fəlakət #beynəlxalq yanğınsöndürmə yardımı #İsraildə meşə yanğınları #Təl-Əviv-Qüds arasında təxliyələr #İsrail fövqəladə hallar xidməti

Mövzu üzrə digər xəbərlər

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
İran

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi

9 Sentyabr 22:13
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran

İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir

9 Sentyabr 21:09
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Digər Xəbərlər

Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib

9 Sentyabr 20:51

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.