5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Hindistan-Pakistan sərhədindəki gərginlikdən narahatıq - Kreml

5 May 2025 16:14
Hindistan-Pakistan sərhədindəki gərginlikdən narahatıq - Kreml

BAKI, AzerVoice

Rusiya Hindistan-Pakistan gərginliyindən narahatdır.

AzerVoice xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Hindistanın baş naziri Narendra Modi ilə telefon danışığı apararaq, Kəşmirdə baş verən terror hücumu ilə bağlı başsağlığı verib.

Telefon danışığında Putin Modiyə başsağlığı verərək, Rusiya-Hindistan münasibətlərinin güclü və davamlı olduğunu vurğulayıb. Modi isə Putini ənənəvi ikitərəfli sammit üçün Hindistana dəvət edib və Rusiya lideri bu dəvəti qəbul edib.

Kremlin sözçüsü Dmitri Peskov isə Rusiya tərəfinin Hindistan və Pakistan arasında artan gərginlikdən narahat olduğunu bildirib.

Peskov Moskvada jurnalistlərə açıqlamasında deyib ki, Hindistan Rusiya üçün strateji tərəfdaş, Pakistan isə müxtəlif sahələrdə mühüm əməkdaşdır. “Sərhədlərdə artan gərginlik bizi ciddi narahat edir. Hər iki ölkə ilə əlaqələrimiz dəyərlidir və biz bu böhranın sülh yolu ilə həll olunacağına ümid edirik”- deyə bildirib.

Qeyd edək ki, aprelin 22-də Hindistanın nəzarətində olan Cammu və Kəşmir bölgəsinin Pahalqam rayonunda turistlərə qarşı həyata keçirilən silahlı hücum nəticəsində 26 nəfər həlak olub. Hadisəyə görə məsuliyyəti Pakistanla əlaqələndirən Hindistan hökuməti İslamabadla diplomatik və iqtisadi münasibətləri kəskin şəkildə məhdudlaşdırıb. Pakistan isə bu iddiaları rədd edib və Hindistanın addımlarını “müharibə aktı” kimi qiymətləndirib.

Məqalədə: #Rusiya #Pakistan #Vladimir Putin #Dmitri Peskov #Hindistan #Kremlin #Hindistan və Pakistan orduları arasında atışma #Hindistan Pakistan gərginliyi #Hindistan-Pakistan sərhəd gərginliyi

Mövzu üzrə digər xəbərlər

Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək
Qətər

Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək

3 Sentyabr 15:43
Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik - Paşinyan
Siyasət

Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik - Paşinyan

3 Sentyabr 13:34
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib
Neft və qaz

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib

3 Sentyabr 11:32
Rusiya Aİ-yə üzvlük məsələsində Ermənistanla danışıqlar aparmır - Overçuk
Siyasət

Rusiya Aİ-yə üzvlük məsələsində Ermənistanla danışıqlar aparmır - Overçuk

3 Sentyabr 11:17

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.