7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Pakistan Hindistanın raket hücumunu ifşa edib

10 May 2025 10:14
Pakistan Hindistanın raket hücumunu ifşa edib

BAKI, AzerVoice

Hindistan Pəncab əyalətinə altı raket atıb.

AzerVoice xəbər verir ki, Pakistan ordusu Hindistanın Pəncab əyalətinə altı ballistik raket atdığını və onlardan beşinin Amritsar şəhərinə düşdüyünü bildirib.

Bu barədə məlumatı Pakistan Ordusu İctimai Əlaqələr Departamentinin (ISPR) baş direktoru general-leytenant Əhməd Şərif Çaudri verib.

Çaudrinin sözlərinə görə, raketlər Hindistanın Adampur kəndindən buraxılıb. Onlardan biri Adampur ərazisinə düşsə də, beşi Pakistanın Pəncab əyalətində yerləşən Amritsar şəhərini hədəfə alıb. O, Hindistanın ölkədəki siqh icmasını hədəf aldığını iddia edərək bunu "terrora bərabər akt" adlandırıb və pislədiklərini qeyd edib.

Pakistan ordusunun brifinqində bildirilir ki, Hindistan raketləri, həmçinin İslamabaddakı Nur Xan Hərbi Hava Bazasını, Çakval rayonundakı Mureed Hava Bazasını və Şorkot Hava Bazasını da hədəf alıb. Lakin açıqlamaya görə, Pakistan Hərbi Hava Qüvvələri zərər görməyib.

General Çaudri Hindistana qarşılıq veriləcəyini bildirib. Hindistan tərəfi hələlik məsələyə dair rəsmi açıqlama yaymayıb.

Bu arada, Hindistan mediası Pakistanın Ravalpindi və Lahor şəhərlərində partlayışların baş verdiyini bildirib.

Qeyd edək ki, Hindistan mayın 6-da Pakistanın nəzarətində olan Azad Kəşmir bölgəsi də daxil olmaqla, Pakistan ərazisinə raket hücumları həyata keçirib. Bu, aprelin 22-də Pahalqam rayonunda 26 nəfərin ölümü ilə nəticələnən terror aktına cavab olaraq edilib. Hindistan ordusu “terror strukturları”na qarşı 9 hədəfi vurduğunu açıqlayıb. Lakin Pakistan rəhbərliyi hücumlarda 6 mülki obyektin vurulduğunu, 33 nəfərin öldüyünü və 62 nəfərin yaralandığını bildirib. Həmçinin, Pakistan ordusu 5 Hindistan döyüş təyyarəsinin vurulduğunu iddia edib, lakin Hindistan bu məlumatı təsdiqləməyib.

Məqalədə: #Pakistan #Hindistan #Hindistan-Pakistan əlaqələri #Hindistan Pakistan gərginliyi #Pakistan Hindistan sərhədi #Hindistan-Pakistan qarşıdurması #Pakistan Hindistan gərginliyi 2025 #PUA hücumları Pakistan Hindistan

Mövzu üzrə digər xəbərlər

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Küveyt

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib

21:38
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

21:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

12:06
Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu
Dini terminlər lüğəti

Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu

11:46

Son Xəbərlər

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
21:38
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
21:32
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
21:27
Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
20:39
Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir
20:30
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.