11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Antalyada NATO toplantısı: Hakan Fidan müttəfiq ölkələrin nazirlərini qəbul edir

13 May 2025 09:34
Antalyada NATO toplantısı: Hakan Fidan müttəfiq ölkələrin nazirlərini qəbul edir

BAKI, AzerVoice

Türkiyə bu il 14–15 may tarixlərində NATO Xarici İşlər Nazirlərinin Qeyri-rəsmi Toplantısına (NATO iFMM) ev sahibliyi edir. Antalyada keçirilən tədbirə Türkiyənin xarici işlər naziri Hakan Fidan rəhbərlik edir.

AzerVoice xəbər verir ki, NATO-ya üzv 32 ölkənin xarici işlər nazirləri və nümayəndələri bu mühüm görüşdə iştirak edirlər.

Toplantı iyunun 24–25-də Haaqada keçiriləcək NATO Dövlət və Hökumət Başçılarının Zirvəsinə hazırlıq məqsədi daşıyır.

Görüş çərçivəsində Hakan Fidan NATO Baş katibi və digər yüksək səviyyəli rəsmilərlə yanaşı, müttəfiq ölkələrin nazirlərini sosial tədbirdə qəbul edəcək. Qeyri-rəsmi sessiyada isə Lahey Zirvəsində müzakirəyə çıxarılması nəzərdə tutulan əsas məsələlər üzrə fikir mübadiləsi aparılacaq.

Toplantının əsas gündəmini Avropanın təhlükəsizlik gələcəyi, transatlantik yük paylaşımı və NATO-nun regional və qlobal çağırışlara qarşı mövqeyinin gücləndirilməsi təşkil edir.

Nazir Fidan çıxışında NATO-nun Avropa–Atlantik təhlükəsizliyinin əsas dayağı olduğunu vurğulayaraq, alyans daxilində birliyin və həmrəyliyin qorunmasının və möhkəmləndirilməsinin vacibliyinə toxunacaq. O, həmçinin Türkiyənin güclü ordusu, müasir hərbi potensialı və inkişaf etmiş müdafiə sənayesi ilə bu təhlükəsizlik sisteminə verdiyi töhfələrə diqqət çəkəcək.

Fidan çıxışında Aİ-yə üzv olmayan, lakin NATO-da mühüm mövqeyə sahib ölkələrin – o cümlədən Türkiyənin – Avropa İttifaqının müdafiə təşəbbüslərində fəal iştirakının zəruriliyini də önə çəkəcək.

Nazir qeyd edəcək ki, Türkiyə artıq NATO-nun ÜDM-in 2 faizi həddini aşaraq müdafiə xərcləri üzrə öhdəliyini yerinə yetirib. O, müdafiə sənayesi sahəsində əməkdaşlıq və ticarətə maneələrin aradan qaldırılmasının vacibliyini vurğulayacaq.

Toplantıda “360 dərəcə təhlükəsizlik” konsepti də müzakirə olunacaq. Fidan çıxışında Rusiya–Ukrayna müharibəsinin dayandırılması və NATO-nun qonşu bölgələri ilə yanaşı, Yaxın Şərqdə sülh və sabitliyin bərqərar olunmasının vacibliyini qeyd edəcək. O, həmçinin terrorizmlə mübarizədə real və davamlı həmrəyliyin vacibliyini də vurğulayacaq.

Fidanın NATO iFMM çərçivəsində bir sıra ölkələrin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.

Qeyd edək ki,NATO 4 aprel 1949-cu ildə Vaşinqton Müqaviləsi əsasında təsis olunub. Türkiyə alyansa 18 fevral 1952-ci ildə qoşulub. NATO-nun əsas missiyası üzv ölkələrin azadlığını və təhlükəsizliyini siyasi və hərbi vasitələrlə təmin etməkdir.

Türkiyə bu illər ərzində NATO-nun ən fəal üzvlərindən biri kimi təşkilatın komanda və qüvvə strukturlarına əhəmiyyətli töhfələr verib. Həmçinin NATO-nun İzmirdə yerləşən Quru Qoşunlar Komandanlığı (LANDCOM) və İstanbulda fəaliyyət göstərən NATO Sürətli Hərəkətə Gətirilə bilən Kolordu Qərargahı (NRDC-TUR) da Türkiyə tərəfindən təmin olunur.

Türkiyə müdafiə xərcləri sahəsində ÜDM-in 2 faizi həddini keçməklə NATO-nun strateji öhdəliklərini tam şəkildə yerinə yetirən ölkələr sırasında yer alır.

Məqalədə: #ABŞ #Hakan Fidan #Türkiyə Xarici İşlər Nazirliyi #NATO #NATO və Türkiyə əməkdaşlığı #Türkiyənin NATO-dakı rolu

Mövzu üzrə digər xəbərlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Digər Dövlətlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb

21:39
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
İran

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran

21:31
Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
İran

Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib

20:45
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
Digər Dövlətlər

ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset

20:41

Son Xəbərlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
21:39
Misirin BRICS ölkələri ilə ticarəti 36,7 milyard dollara çatıb
Misirin BRICS ölkələri ilə ticarəti 36,7 milyard dollara çatıb
21:38
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
21:31
BƏƏ saxlanılan 10 iranlı balıqçını azad edib
BƏƏ saxlanılan 10 iranlı balıqçını azad edib
21:29
Qətər Ulduzlar Liqasının Baş Assambleyasının iclası keçirilib
Qətər Ulduzlar Liqasının Baş Assambleyasının iclası keçirilib
21:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.