6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Qəzzadakı aclıq problemini aradan qaldıracağıq - Tramp

17 May 2025 15:16
Qəzzadakı aclıq problemini aradan qaldıracağıq - Tramp

BAKI, AzerVoice

Donald Tramp Qəzzada aclıqdan ölən insanlarla bağlı narahatlığını dilə gətirib.

AzerVoicexəbər verir ki, ABŞ prezidenti Donald Tramp Yaxın Şərq səfəri çərçivəsində Fox News telekanalına verdiyi müsahibədə Qəzza zolağında aclıqdan əziyyət çəkən insanlarla bağlı fikirlərini bölüşüb.

Tramp bildirib ki, bölgədə ciddi humanitar böhran yaşanır və bir çox insan ərzağa çıxış imkanının olmaması səbəbilə həyatını itirir. “Mən bu məsələ üzərində işləməyə başladım. Bu, dərin problemdir, lakin biz bunu həll edəcəyik”, – deyə Tramp qeyd edib.

Tramp müsahibəsində vurğulayıb ki, Yaxın Şərq səfəri zamanı görüşdüyü üç lider də Qəzzadakı vəziyyəti onun diqqətinə çatdırıb və aclığın dayandırılması üçün ABŞ-dan dəstək istəyiblər. O, bu çağırışların cavabsız qalmayacağını bildirib.

Tramp eyni zamanda Rusiya-Ukrayna müharibəsinə toxunaraq, vəziyyəti sabitləşdirmək üçün Rusiya prezidenti Vladimir Putinlə birbaşa görüş keçirməli olduğunu deyib. “Putinlə çox yaxşı münasibətim var. Düşünürəm ki, razılaşacağıq. Müharibəni dayandırmaq üçün bir araya gəlməliyik və bunun planlaşdırılması üzərində işləyirik”, – deyə o qeyd edib. Tramp, Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşünü isə çətin kimi qiymətləndirib.

Suriyaya qarşı tətbiq olunan sanksiyalarla bağlı danışan Tramp bildirib ki, regionda keçirdiyi görüşlərdən sonra bu sanksiyaların ləğvini nəzərdən keçirməyə qərar verib. O, Suriyanın yeni prezidenti Əhməd Şaraa ilə tanış olduğunu bildirib və onu “gənc və yaraşıqlı lider” kimi xarakterizə edib. Tramp qeyd edib ki, Suriyaya yeni başlanğıc üçün şans verilməlidir.

Qeyd edək ki, Donald Tramp Yaxın Şərq səfəri çərçivəsində Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərində yüksək səviyyəli görüşlər keçirib. Səfər zamanı regional problemlər, iqtisadi əməkdaşlıq və humanitar böhranlar əsas müzakirə mövzusu olub.

Məqalədə: #BƏƏ #Qəzza zolağı #Səudiyyə Ərəbistanı #ABŞ #Vladimir Putin #Qətər #Donald Tramp #Zelenski #Yaxın Şərq #Rusiya-Ukrayna münaqişəsi #Qəzzada aclıq və səfalət #Trampın Yaxın Şərq səfəri

Mövzu üzrə digər xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Tarixdə bu gün

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?

00:10
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.