6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Rumıniyada prezident seçkilərinin ikinci turu başlayıb

18 May 2025 09:05
Rumıniyada prezident seçkilərinin ikinci turu başlayıb

BAKI, AzerVoice

Rumıniyada prezident seçkilərinin ikinci turu başlayıb.

AzerVoice-un məlumatına görə, ölkə üzrə təxminən 19 min seçki məntəqəsi açılıb.

Məntəqələr yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 08:00) işə başlayıb və rəsmi olaraq saat 21:00-da bağlanacaq. Lakin bu vaxta qədər növbədə olan seçicilərə saat 23:59-a qədər səsvermə hüququ veriləcək. Səsvermə məntəqələrində təhlükəsizlik və nizam-intizamın qorunmasına 43 mindən çox polis və jandarm nəzarət edir.

Seçkilərdə iştirak üçün təxminən 18 milyon seçici qeydiyyatdan keçib. Xaricdə səsvermə cümə günü başlayıb və üç gün davam edir.

Prezidentlik uğrunda mübarizə aparan namizədlər arasında müxalifətdə olan milliyyətçi “Rumınların Birləşməsi Alyansı”nın lideri Corce Simion və Buxarestin meri, avropamərkəzçi, müstəqil namizəd Nikuşor Dan var.

Qeyd edək ki, bu prezident seçkiləri təkrar keçirilir. Əvvəlki, yəni ötən il noyabrın 24-də keçirilmiş birinci turdan sonra, ən çox səs toplayan milliyyətçi namizəd Kelin Corceskunun kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsi, seçki infrastrukturuna kiberhücumlar və Rusiyanın müdaxiləsi iddiaları səbəbiylə Konstitusiya Məhkəməsi səsverməni dayandırmışdı.

Bu qərar Rumıniyada və beynəlxalq aləmdə qalmaqala səbəb olsa da, hökumət Konstitusiya Məhkəməsinin qərarını qəbul edib və təkrar prezident seçkilərinin 4 və 18 may 2025-ci il tarixlərində keçirilməsini qərara alıb.

Məqalədə: #Rumıniya #seçkilər #prezident seçkiləri

Mövzu üzrə digər xəbərlər

Trampın poçtla səsvermə qaydaları ilə bağlı məhkəmə maneəsi aradan qaldırılıb
Digər Dövlətlər

Trampın poçtla səsvermə qaydaları ilə bağlı məhkəmə maneəsi aradan qaldırılıb

25 Avqust 20:36
İsrail Ali Məhkəməsi ultraortodoks yəhudilərlə bağlı qanunun icrasını dayandırıb
Digər Dövlətlər

İsrail Ali Məhkəməsi ultraortodoks yəhudilərlə bağlı qanunun icrasını dayandırıb

15 İyul 20:22
Marin Le Pen Fransa prezidentliyinə namizəd olacağını açıqlayıb
Digər Dövlətlər

Marin Le Pen Fransa prezidentliyinə namizəd olacağını açıqlayıb

7 İyul 22:42
Keyko Fuximori Peru prezidenti seçilib
Digər Dövlətlər

Keyko Fuximori Peru prezidenti seçilib

3 İyul 22:34

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.