14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Mers, Makron və Starmer Trampla məsləhətləşmələr aparacaqlar

18 May 2025 17:37
Mers, Makron və Starmer Trampla məsləhətləşmələr aparacaqlar

BAKI, AzerVoice

Almaniya kansleri Fridrix Mers bildirib ki, ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparmazdan əvvəl, o, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmerlə birlikdə Trampla məsləhətləşmələr aparacaq.

AzerVoice xəbər verir ki, bu barədə Mers Romada, Roma Papası XIV Leonun inauqurasiya mərasimi çərçivəsində jurnalistlərə açıqlama verib.

“Biz ABŞ prezidenti ilə bu telefon danışığına hazırlıq çərçivəsində yenidən müzakirə aparmaq barədə razılığa gəldik. Ümid edirik ki, bu, irəliləyişə gətirib çıxarar” - deyə, kansler bildirib.

Mers, ABŞ dövlət katibi Marko Rubio ilə də söhbət etdiyini və mayın 19-da Tramp-Putin danışığının gündəmdə olduğunu təsdiqləyib. Onun sözlərinə görə, Avropa və Amerika tərəfləri bu dəhşətli müharibənin tezliklə sona çatması üçün birgə və məqsədyönlü şəkildə işləməyə qərarlıdırlar.

“Son günlərdə bir sıra kiçik irəliləyişlər əldə edilib. Bəli, bunlar kiçik addımlardır, lakin tərəflərin bir-biri ilə danışıqlar aparması özü müsbət haldır” - deyə, Mers qeyd edib. O, bu kontekstdə Rusiya və Ukrayna arasında əldə olunmuş əsir mübadiləsi razılaşmasını xatırladıb.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl Truth Social sosial şəbəkəsində paylaşım edərək, mayın 19-da saat 10:00-da Vladimir Putinlə telefon danışığı aparacağını bəyan etmişdi. Gündəmə Ukrayna münaqişəsinin həlli və ticarət məsələlərinin daxil olduğu qeyd olunmuşdu. Tramp bu söhbətdən sonra Ukrayna prezidenti Volodimir Zelenski və NATO ölkələrinin liderləri ilə də danışacağını qeyd etmişdi.

Həmçinin xatırladaq ki, Putin və Tramp arasında son telefon danışığı martın 18-də baş tutmuşdu.

Mövzu üzrə digər xəbərlər

İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb
İran

İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb

13:27
İraq İranla üç sərhəd-keçid məntəqəsini yenidən açıb
İran

İraq İranla üç sərhəd-keçid məntəqəsini yenidən açıb

11:38
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
Səudiyyə Ərəbistanı

İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi

07:26
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

13 Sentyabr 19:40

Son Xəbərlər

Çin husiləri Səudiyyə Ərəbistanına hücumları dayandırmağa çağırıb
Çin husiləri Səudiyyə Ərəbistanına hücumları dayandırmağa çağırıb
14:00
İordaniya Ərəb Əmək Konfransına sədrlik edir
İordaniya Ərəb Əmək Konfransına sədrlik edir
13:40
İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb
İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb
13:27
"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
13:12
Küveyt və Səudiyyə Ərəbistanı hərbi dəniz əməkdaşlığını gücləndirir
Küveyt və Səudiyyə Ərəbistanı hərbi dəniz əməkdaşlığını gücləndirir
13:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.