6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Tramp və Putin arasında telefon danışığı başa çatıb (ƏLAVƏ OLUNUB)

19 May 2025 21:15
Tramp və Putin arasında telefon danışığı başa çatıb (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (xəbər saat 18:55-də yayımlanıb)

BAKI, AzerVoice

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin ilə telefon danışığı aparıb.

AzerVoice-un məlumatına görə, telefon danışığı iki saatdan çox davam edib.

Putin Trampla baş tutan bu telefon danışığını yüksək qiymətləndirib.

"Bir daha vurğulamaq istəyirəm ki, bu telefon danışığı çox konstruktiv oldu və mən bunu yüksək qiymətləndirirəm" – deyə, Putin bildirib.

Rusiya prezidenti, Trampa ABŞ-ın Rusiya və Ukrayna arasında sülh sazişinin bağlanması üçün göstərdiyi səylərə görə təşəkkür etdiyini bildirib.

"Əvvəlcə ABŞ prezidentinə Rusiya ilə Ukrayna arasında mümkün sülh sazişinin bağlanması və danışıqların bərpası ilə bağlı birbaşa müzakirələrin yenidən başladılması üçün ABŞ tərəfindən göstərilən dəstəyə görə təşəkkür etdim. Bu danışıqların, məlum olduğu kimi, hələ 2022-ci ildə Ukrayna tərəfindən dayandırıldığı bəllidir" – deyə, Putin vurğulayıb.

O, həmçinin, qeyd edib ki, Rusiya, Ukrayna ilə gələcək sülh sazişi üzrə memorandum üzərində işləməyə hazırdır və bu sənədə atəşkəs məsələləri ilə yanaşı, münaqişənin həlli prinsipləri də daxil edilə bilər.

“Rusiya, mümkün sülh sazişinə dair bir sıra mövqelərin müəyyənləşdirilməsini nəzərdə tutan memorandum üzrə Ukrayna tərəfi ilə işləməyi təklif edir və buna hazırdır. Bu mövqelərə, məsələn, nizamlama prinsipləri, sülh sazişinin mümkün bağlanma müddətləri və sair daxildir. Əgər müvafiq razılaşmalar əldə olunarsa, müəyyən müddətə atəşkəsin tətbiqi də gündəmdə ola bilər” – deyə, Putin qeyd edib.

Tramp isə, telefon danışığı zamanı Putinlə Rusiyanın Ukrayna məsələsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.

“Tramp da öz növbəsində qeyd etdi ki, Rusiya da Ukrayna böhranının sülh yolu ilə həllini dəstəkləyir və bizim sadəcə olaraq sülhə aparan ən səmərəli yolları müəyyənləşdirməyimiz lazımdır” – deyə, Putin bildirib.

Telefon danışığının təfərrüatları barədə daha ətraflı məlumatı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov və prezidentin köməkçisi Yuri Uşakov təqdim edəcək.

Qeyd edək ki, iki lider arasında əvvəlki telefon danışığı martın 18-də baş tutub. Danışıqların əsas mövzuları Ukrayna və Yaxın Şərqdəki vəziyyətin tənzimlənməsi, eləcə də ikitərəfli münasibətlər olub.

Məqalədə: #Rusiya #ABŞ #Vladimir Putin #Donald Tramp #Ukrayna #Volodimir Zelenski #Telefon danışığı

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.