14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Ekvadorun ikinci müddətə seçilən prezidenti dövlət başçısı kimi and içib

25 May 2025 03:20
Ekvadorun ikinci müddətə seçilən prezidenti dövlət başçısı kimi and içib

BAKI, AzerVoice

Ekvadorun yenidən seçilmiş prezidenti Daniel Noboa ölkənin dövlət başçısı kimi and içib.

AzerVoice xəbər verir ki, inaruqasiya mərasimi Ecuavisa telekanalı vasitəsilə canlı yayımlanıb.

“Mənim borcum – münaqişədən kənarda durmaq deyil, çünki bu problem heç vaxt belə həll olunmayıb; ölkəni illərlə özlərinə məxsus sayan cinayətkarlarla çətin və tükəndirici mübarizədən yayınmaq deyil. Mən belə biri deyiləm, bu nə Ekvadora uyğundur, nə də sizin məndən gözlədiyiniz budur” – deyə, Noboa çıxışında bildirib.

Onunla birlikdə yeni vitse-prezident Mariya Xose Pinto da and içib.

İnauqurasiya mərasimində Peru prezidenti Dina Boluarte və Kolumbiya prezidenti Qustavo Petro da iştirak ediblər. Qeyd edək ki, Petro seçki nəticələri elan edildikdən sonra ilk olaraq onlara şübhə ilə yanaşmışdı.

Qeyd edək ki, Ekvadorda prezident seçkilərinin ikinci turu aprelin 13-də keçirilib. Milli Seçki Şurası hazırkı prezident Daniel Noboanı qalib elan edib. Protokolların 99,47 faizinin işlənməsindən sonra açıqlanan nəticələrə əsasən, Noboa 55,60 faiz, rəqibi Luisa Qonsales isə 44,40 faiz səs toplayıb. Qonsales nəticələri mübahisələndirməyə çalışsa da, Mərkəzi Seçki Komissiyası bütün şikayətləri rədd edib.

Məlumat üçün bildirək ki, Noboa, Ekvadorun ən varlı sahibkarlarından birinin oğludur. O, ilk dəfə 2023-cü ilin oktyabrında keçirilən növbədənkənar prezident seçkilərində qalib gəlmişdi. Onun hakimiyyətə gəlişi ölkədə təhlükəsizlik böhranının kəskinləşməsi dövrünə təsadüf edib. Ötən ilin yanvarında prezident ölkədə daxili silahlı münaqişənin mövcudluğunu tanıyan fərman imzalayıb və 22 cinayətkar qruplaşmanın zərərsizləşdirilməsi barədə göstəriş verib. Seçki kampaniyası zamanı Noboa təhlükəsizlik siyasətini davam etdirəcəyini, o cümlədən təhlükəli cinayətkarlar üçün meqa-həbsxanalar inşa etdirəcəyini vəd etmişdi.

Məqalədə: #Ekvador

Mövzu üzrə digər xəbərlər

İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb
İran

İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb

13:27
İraq İranla üç sərhəd-keçid məntəqəsini yenidən açıb
İran

İraq İranla üç sərhəd-keçid məntəqəsini yenidən açıb

11:38
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
Səudiyyə Ərəbistanı

İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi

07:26
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

13 Sentyabr 19:40

Son Xəbərlər

Səudiyyə Ərəbistanında kərkəslər üçün xüsusi yemləmə məntəqələri yaradılacaq
Səudiyyə Ərəbistanında kərkəslər üçün xüsusi yemləmə məntəqələri yaradılacaq
16:03
İordaniyanın Əqəbə şəhərində ammonyak sızması olub, 11 nəfər xəsarət alıb
İordaniyanın Əqəbə şəhərində ammonyak sızması olub, 11 nəfər xəsarət alıb
15:54
Küveyt və Böyük Britaniya media əməkdaşlığını genişləndirir
Küveyt və Böyük Britaniya media əməkdaşlığını genişləndirir
15:36
İordaniya və Fransa hərbi əməkdaşlığı gücləndirir
İordaniya və Fransa hərbi əməkdaşlığı gücləndirir
15:29
Qətər Ərəb Əmək Konfransında rəqəmsal əmək bazarını müzakirə edir
Qətər Ərəb Əmək Konfransında rəqəmsal əmək bazarını müzakirə edir
15:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.