8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Tramp Netanyahunu İranla nüvə razılaşmasına mane olmamağa çağırıb

28 May 2025 21:54
Tramp Netanyahunu İranla nüvə razılaşmasına mane olmamağa çağırıb

BAKI, AzerVoice

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ötən həftə İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı zamanı onu Tehranın nüvə proqramı üzrə Vaşinqtonla aparılan danışıqları poza biləcək hər hansı hərbi addımlardan çəkindirib.

AzerVoice xəbər verir ki, bu barədə Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Tramp jurnalistlərin “Netanyahuya belə bir xəbərdarlıq etdinizmi?” sualına cavab olaraq bildirib: “Dürüst olmaq istəyirəm. Bəli, bu doğrudur.”

“Mən Netanyahuya dedim ki, bu mərhələdə onun addımı yerində deyil. Çünki biz çox etibarlı bir sənəd əsasında problemi həll edə bilərik. Etibarlı o deməkdir ki, yoxlamalarla və inamsız. Mən heç kimə inanmıram, ona görə də heç bir etimad yoxdur. Sənəd elə olmalıdır ki, istədiyimiz vaxt oraya müfəttiş göndərə bilək. İstədiyimizi yoxlaya, lazım gəlsə laboratoriyanı partlada bilək, amma heç kim ölməsin. Partladılan yerdə adam olmasın. Mən ona dedim ki, indi bu cür hərəkətlər üçün uyğun zaman deyil. Çünki biz razılaşmaya çox yaxınıq və bu istənilən an dəyişə bilər. Hər şey bir telefon zəngi ilə dəyişə bilər. Amma mən düşünürəm ki, İran indi bu razılaşmanı bağlamaq istəyir. Əgər bu baş tutsa, biz çoxlu həyatları xilas edəcəyik” - Tramp əlavə edib.

Xatırladaq ki, ABŞ və İran nümayəndə heyətləri mayın 23-də Romada İranın nüvə proqramı ətrafında yaranmış böhranın nizamlanması üçün danışıqların beşinci raundunu aparıblar. Danışıqlarda Oman vasitəçi ölkə qismində çıxış edib. Oman xarici işlər naziri Bədr əl-Busaidi danışıqlardan sonra "müəyyən, lakin yekunlaşmamış irəliləyiş" əldə olunduğunu bəyan edib.

İranın nümayəndə heyətinin rəhbəri Seyid Abbas Araqçi isə bildirib ki, Tehran və Vaşinqton bir-iki görüşlə müsbət nəticənin əldə olunacağına ümid edir.

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus isə çərşənbə axşamı keçirilən brifinqdə görüşün konstruktiv xarakter daşıdığını və tərəflərin yaxın zamanda yenidən görüşmək barədə razılığa gəldiklərini bildirib.

Məqalədə: #İsrail #İran #ABŞ #Donald Tramp #Roma #Tehran #Oman #Vaşinqton #nüvə proqramı #Binyamin Netanyahu #dolayı danışıqlar #İran ABŞ danışıqları

Mövzu üzrə digər xəbərlər

İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır
Digər Dövlətlər

İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır

19:07
Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
Digər Xəbərlər

Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT

19:02
Gideon Saar Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı qərarını tənqid edib
Digər Dövlətlər

Gideon Saar Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı qərarını tənqid edib

18:43
Kanada İsrail yaşayış məntəqələrindən malların idxalını məhdudlaşdıracaq
Digər Dövlətlər

Kanada İsrail yaşayış məntəqələrindən malların idxalını məhdudlaşdıracaq

18:24

Son Xəbərlər

İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır
İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır
19:07
Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
19:02
Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
18:57
Gideon Saar Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı qərarını tənqid edib
Gideon Saar Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı qərarını tənqid edib
18:43
Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb
Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb
18:31
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.