Pakistan və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri ABŞ-İran danışıqlarını müzakirə ediblər
Pakistan və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri ABŞ ilə İran arasında Qətərdə aparılan dolayı danışıqları müzakirə ediblər. Pakistan Xarici İşlər Nazirliyinin məlumatına görə, telefon danışığında danışıqların gedişi ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər əldə olunan irəliləyişdən məmnun olduqlarını bildiriblər. Nazirlər dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar. Onlar danışıqların növbəti mərhələlərinin uğurla davam edəcəyinə ümid etdiklərini ifadə ediblər. Telefon danışığı bölgədə davam edən diplomatik səylər fonunda baş tutub. Vasitəçilik təşəbbüslərinin davam etməsi tərəflər tərəfindən müsbət qiymətləndirilib.
ABŞ qarşılıqlı hörmət əsasında dialoqa hazır olduqda, İran da buna hazır olacaq - Əraqçi
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi bildirib ki, ABŞ-la danışıqlar vasitəçilər üzərindən davam edir və Vaşinqton qarşılıqlı hörmət əsasında dialoqa hazır olduqda, Tehran da buna hazır olacaq. Nazir bu fikirləri “İranın azad və ticarət zonalarında imkanlar və investisiya fürsətləri” adlı milli konfransda çıxışı zamanı səsləndirib.
İran ABŞ-la danışıqlara dair xəbərləri təkzib edib
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-la İran arasında nüvə proqramı üzrə danışıqların yer və vaxtı barədə razılığın əldə edildiyi barədə yayılan məlumatları təkzib edib. Bu barədə o “Goftogoo” radiosuna verdiyi açıqlamada bildirib.
İsrail nümayəndə heyəti Qətəri tərk edib
İsrailin HƏMAS-la danışıqlar apardığı nümayəndə heyəti Qətəri tərk edib.
ABŞ zərbələrini dayandırarsa, danışıqlar davam edə bilər - İran XİN
ABŞ İranın nüvə proqramı üzrə danışıqların bərpası halında hərbi güc tətbiq etməyəcəyinə zəmanət verməlidir.
Dohada İsrail-HƏMAS dolayı danışıqlarının birinci raundu başlayır
Bu gün Qətərin paytaxtı Dohada HƏMAS və İsrail arasında atəşkəs və girovların azad olunması üçün dolayı danışıqların yeni raundu başlayır.
İsrail və HƏMAS Qətərdə atəşkəslə bağlı dolayı danışıqlar aparmağı planlaşdırırlar
İsrail və HƏMAS-ın nümayəndələri yaxın günlərdə Qətərin vasitəçiliyi ilə Qəzza zolağında münaqişənin nizamlanması ilə bağlı dolayı danışıqlar aparmağı planlaşdırırlar.
Oman İsrail-İran münaqişəsinin sona çatması üçün tərəfləri danışıqlara başlamağa çağırıb
Oman sultanı Heysəm bin Tariq əl-Said, İran Prezidenti Məsud Pezeşkiyanla telefon danışığı zamanı İran və İsraili münaqişənin sona çatdırılması üçün danışıqlara başlamağa çağırıb.
CENTCOM İranın nüvə məsələsinin hərbi yolla həlli ilə bağlı Trampa bir neçə variant təqdim edib
Bu barədə CENTCOM rəhbəri Maykl Kurilla məlumat verib.