9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail və HƏMAS Qətərdə atəşkəslə bağlı dolayı danışıqlar aparmağı planlaşdırırlar

İsrail və HƏMAS-ın nümayəndələri yaxın günlərdə Qətərin vasitəçiliyi ilə Qəzza zolağında münaqişənin nizamlanması ilə bağlı dolayı danışıqlar aparmağı planlaşdırırlar.

24 İyun 2025 15:31
İsrail və HƏMAS Qətərdə atəşkəslə bağlı dolayı danışıqlar aparmağı planlaşdırırlar

BAKI, AzerVoice

İsrail və HƏMAS-ın nümayəndələri yaxın günlərdə Qətərin vasitəçiliyi ilə Qəzza zolağında münaqişənin nizamlanması ilə bağlı dolayı danışıqlar aparmağı planlaşdırırlar.

AzerVoice-un məlumatına görə, bu barədə Qətər hökumətinin başçısı və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani məlumat verib.

“Qətər ümid edir ki, İsrail və HƏMAS nümayəndələri arasında Qəzzada atəşkəsin bərpası ilə bağlı dolayı danışıqlar bir neçə gün ərzində yenidən başlayacaq. Regionda baş verən son hadisələri nəzərə alaraq ümid edirik ki, İsrail İranla əldə olunan atəşkəsdən Qəzzaya hücumları gücləndirmək üçün istifadə etməyəcək” – deyə o, Dohada keçirilən mətbuat konfransında bildirib.

Əl Tani əlavə edib ki, Qətər və Misir Qəzza zolağında münaqişənin həlli istiqamətində vasitəçilik səylərini davam etdirir. Lakin onun sözlərinə görə, “İsrailin İrana qarşı son təcavüzü Qəzzada atəşkəsə nail olmaq üçün görülən səyləri pozdu”.

Xatırladaq ki, martın 18-də İsrail ordusu yanvar ayında əldə edilmiş atəşkəs rejimini pozaraq Qəzza zolağında hərbi əməliyyatları bərpa edib. Qətər, Misir və ABŞ-ın vasitəçiliyi ilə keçirilən bir neçə danışıqlar raunduna baxmayaraq, tərəflər yeni atəşkəs şərtləri üzrə razılığa gələ bilməyib.

Məqalədə: #Qəzza #İsrail #Qəzza zolağı #Qətər #HƏMAS #atəşkəs #atəşkəs razılaşması #dolayı danışıqlar #Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Tani

Mövzu üzrə digər xəbərlər

İordaniya kralı Norveç kralının dəfn mərasimində iştirak edəcək
İordaniya

İordaniya kralı Norveç kralının dəfn mərasimində iştirak edəcək

8 Sentyabr 20:55
Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya
İordaniya

Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya

8 Sentyabr 20:07
Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb
Fələstin

Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb

8 Sentyabr 18:31
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
Suriya

Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub

8 Sentyabr 16:28

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.