BMT Təhlükəsizlik Şurasında tarixi an: Vaşinqton İsrailin addımlarına qarşı çıxdı
BMT Təhlükəsizlik Şurasının İsrailin Qətərə hücumunu pisləyən bəyanatı uzun illərdən sonra ilk dəfə ABŞ-ın da beynəlxalq konsensusa qoşulması ilə mümkün olub. Bu dəfə Vaşinqton da İsrailin HƏMAS-a qarşı müharibəni aşaraq bütün beynəlxalq qanun və normaları pozan addımlarına qarşı çıxış edib. Şuranın qəbul etdiyi bəyanatda İsrailin adı açıq şəkildə qeyd olunmasa da, “əsas vasitəçi ölkənin ərazisi olan Dohaya edilən son hava hücumları pislənir” ifadəsi diqqət çəkib. Bu, nəinki Donald Tramp dövründə, hətta onun sələfi Co Baydenin hakimiyyəti illərində də ilk dəfə BMT TŞ-nin İsraili hədəf alan pisləmə bəyanatı idi.
İsrail və HƏMAS Qətərdə atəşkəslə bağlı dolayı danışıqlar aparmağı planlaşdırırlar
İsrail və HƏMAS-ın nümayəndələri yaxın günlərdə Qətərin vasitəçiliyi ilə Qəzza zolağında münaqişənin nizamlanması ilə bağlı dolayı danışıqlar aparmağı planlaşdırırlar.
Qətərin Baş naziri İranın ölkədəki Əl-Udeyd bazasına hücumunu pisləyib
Qətərin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani İranın Əl-Udeyd hərbi bazasına endirdiyi raket hücumunu Qətərin mehriban qonşuluq siyasətinə zidd və qəbuledilməz adlandırıb.
İran, ABŞ və İsrailə görə qonşu ölkələrlə münasibətini pozmayacaq - Araqçi
İran, İsrail və ya ABŞ-ın atdığı addımların Tehran ilə Yaxın Şərq regionundakı qonşu ölkələr arasındakı münasibətlərə zərər vurmasına yol verməyəcək.
Qətər İsrail və İran tərəfləri arasında dialoqun bərpası üçün səylər göstərir - Baş nazir
Qətər, İran və İsrail arasında baş verən münaqişənin həlli məqsədilə bütün tərəflər arasında dialoqun bərpası üçün diplomatik səylər göstərir.