12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İran uranın zənginləşdirilməsini bir illik dayandıra bilər

28 May 2025 22:36
İran uranın zənginləşdirilməsini bir illik dayandıra bilər

BAKI, AzerVoice

İran, əgər ABŞ ölkənin dondurulmuş aktivlərini azad etsə və ölkənin uranı dinc məqsədlərlə zənginləşdirmək hüququnu tanısa uran zənginləşdirmə proqramını bir il müddətinə dayandırmağa hazırdır.

AzerVoice xəbər verir ki, bu barədə Reuters agentliyi İranlı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin fikrincə, əgər ABŞ bu şərtləri qəbul edərsə, tərəflər siyasi razılaşmaya nail ola bilərlər. Qeyd olunur ki, bu məsələ hələlik ABŞ-ın danışıqlar heyəti ilə rəsmi şəkildə müzakirə edilməyib.

Təklif olunan razılaşmaya əsasən, İran bir il ərzində uranın zənginləşdirilməsini dayandıracaq. Eyni zamanda, artıq yüksək səviyyədə zənginləşdirilmiş uranın bir hissəsi başqa ölkələrə göndəriləcək və ya dinc məqsədlər üçün yanacağa çevriləcək.

ABŞ tərəfi dəfələrlə bəyan edib ki, İranın nüvə proqramı üzrə yeni razılaşma uran zənginləşdirməsinin tam dayandırılmasını əhatə etməlidir. Vaşinqton bu fəaliyyətin nüvə silahı istehsalına yönələcəyindən narahatdır.

Xatırladaq ki, ABŞ və İran nümayəndə heyətləri mayın 23-də Romada İranın nüvə proqramı ətrafında yaranmış böhranın nizamlanması üçün danışıqların beşinci raundunu aparıblar. Danışıqlarda Oman vasitəçi ölkə qismində çıxış edib. Oman xarici işlər naziri Bədr əl-Busaidi danışıqlardan sonra "müəyyən, lakin yekunlaşmamış irəliləyiş" əldə olunduğunu bəyan edib.

İranın nümayəndə heyətinin rəhbəri Seyid Abbas Araqçi isə bildirib ki, Tehran və Vaşinqton bir-iki görüşlə müsbət nəticənin əldə olunacağına ümid edir.

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus isə çərşənbə axşamı keçirilən brifinqdə görüşün konstruktiv xarakter daşıdığını və tərəflərin yaxın zamanda yenidən görüşmək barədə razılığa gəldiklərini bildirib.

Məqalədə: #İran #ABŞ #Donald Tramp #Uran zənginləşdirilməsi #dolayı danışıqlar #İran ABŞ danışıqları

Mövzu üzrə digər xəbərlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Digər Dövlətlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb

11 Sentyabr 21:39
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
İran

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran

11 Sentyabr 21:31
Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
İran

Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib

11 Sentyabr 20:45
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
Digər Dövlətlər

ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset

11 Sentyabr 20:41

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.