14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İran ABŞ-la danışıqlara dair xəbərləri təkzib edib

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-la İran arasında nüvə proqramı üzrə danışıqların yer və vaxtı barədə razılığın əldə edildiyi barədə yayılan məlumatları təkzib edib. Bu barədə o “Goftogoo” radiosuna verdiyi açıqlamada bildirib.

7 Avqust 2025 18:11
İran ABŞ-la danışıqlara dair xəbərləri təkzib edib

BAKI, AzerVoice, Səməd Əyyubov – İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-la İran arasında nüvə proqramı üzrə danışıqların yer və vaxtı barədə razılığın əldə edildiyi barədə yayılan məlumatları təkzib edib.

AzerVoice xəbər verir ki, bu barədə o “Goftogoo” radiosuna verdiyi açıqlamada bildirib.

“Son üç-dörd həftə ərzində bu mövzu ilə bağlı bir neçə dəfə yalan və uydurma xəbərlər yayılıb. Onların yalan olduğu da sonradan sübut edilib. Bu xəbərlərin bir qismi açıq şəkildə təxribat xarakteri daşıyır” - deyə, Bəqai qeyd edib.

O, ABŞ və İran arasında dolayı mesaj mübadiləsinin davam etdiyini də vurğulayıb.

“İki ölkənin maraqlarını qoruyan nümayəndəliklər – Tehrandakı İsveçrə səfirliyi və Vaşinqtondakı Pakistan səfirliyi vasitəsilə diplomatik təmasların aparılması üçün hər zaman aydın və məlum bir format olub” - deyə, o bildirib.

Qeyd edək ki, Bəqai avqustun 4-də də ABŞ-la nüvə məsələsi üzrə birbaşa danışıqlar ehtimalını rədd etmişdi.

Xatırladaq ki, İranla ABŞ arasında Omanın vasitəçiliyi ilə beş mərhələli dolayı danışıqlar aparılmış, lakin nəticəsiz başa çatmışdı. Danışıqların dalana dirənməsinin əsas səbəbi kimi İsrailin İranın nüvə obyektlərinə qarşı hərbi əməliyyata başlaması və ABŞ qüvvələrinin bu obyektlərə zərbə endirməsi göstərilir.

Eyni zamanda, Böyük Britaniya, Almaniya və Fransadan ibarət “Avropa üçlüyü” də Tehranla paralel danışıqlar aparsa da, yeni nüvə razılaşmasının əldə olunmasına nail ola bilməyiblər.

Məqalədə: #İran #Avropa #ABŞ #Oman #İran XİN #İran-ABŞ münasibətləri #Avropa üçlüyü və İran #danışıqlar #dolayı danışıqlar #İran–ABŞ danışıqları #İran və ABŞ arasında dolayısı danışıqlar #ABŞ İran danışıqlarında Türkiyənin rolu #İran ABŞ dolayı danışıqları #Oman vasitəçiliyi #Avropa üçlüyü danışıqları #ABŞ İran toqquşması

Mövzu üzrə digər xəbərlər

İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib
Misir

İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib

13 Sentyabr 19:43
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

13 Sentyabr 19:40
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
BƏƏ

İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib

13 Sentyabr 18:43
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

13 Sentyabr 18:03

Son Xəbərlər

Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
13 Sentyabr 22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
13 Sentyabr 21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.