11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsrail nümayəndə heyəti Qətəri tərk edib

İsrailin HƏMAS-la danışıqlar apardığı nümayəndə heyəti Qətəri tərk edib.

24 İyul 2025 19:31
İsrail nümayəndə heyəti Qətəri tərk edib

BAKI, AzerVoice

İsrailin HƏMAS-la danışıqlar apardığı nümayəndə heyəti Qətəri tərk edib.

AzerVoice xəbər verir ki, bu barədə diplomatik mənbələr məlumat yayıb.

İsrail Baş nazirinin ofisinin adı açıqlanmayan nümayəndəsi “The Times of Israel” nəşrinə bildirib ki, İsrail nümayəndə heyətinin Dohanı tərk etməsi, Qəzza zolağında atəşkəslə bağlı HƏMAS-la aparılan danışıqların çıxılmaz vəziyyətdə olduğunu göstərir.

Bununla belə, qeyd olunub ki, danışıqlar uğursuzluqla nəticələnməyib və nümayəndə heyətinin Qətərdən ayrılması bütün tərəflərlə razılaşdırılıb.

“Qəbul edilməli qərarlar var və nümayəndə heyəti məsləhətləşmələr üçün qayıdıb. Hələlik hər şey müsbət istiqamətdə gedir” – deyə, İsrailin "Kan" dövlət televiziyasının mənbəsi bildirib.

Qeyd edək ki, HƏMAS İsraildən 2023-cü il oktyabrın 7-dən sonra Qəzzada saxlanılan 2 000 fələstinli və ömürlük həbsə məhkum olunmuş daha 200 fələstinlinin azad olunmasını, əvəzində isə 10 girovun geri qaytarılmasını tələb edir. İsrail rəsmiləri ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffa bu tələblərin qəbuledilməz olduğunu bildiriblər. Mənbənin sözlərinə görə, İsraildə bu tələblər hələlik son qərar kimi qəbul olunmur.

İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS-ın girovlarla bağlı son təklifə verdiyi cavabdan sonra danışıqlarda iştirak edən nümayəndə heyətinin məsləhətləşmələr üçün Qətərdən geri çağırılmasını əmr edib. Bundan əvvəl İsrail mətbuatı bildirmişdi ki, vasitəçilər HƏMAS nümayəndələri ilə keçirilən gərgin görüşdən sonra, qrupun İsrailin təşəbbüslərinə verdiyi cavabı ciddi hesab etməyərək, onu İsrailə təqdim etməkdən imtina ediblər.

Məqalədə: #Qəzza #İsrail #Benyamin Netanyahu #Fələstin #Qəzza zolağı #ABŞ #Qətər #HƏMAS #Doha #Yaxın Şərq #Vaşinqton #sülh danışıqları #Təl-Əviv #atəşkəs danışıqları #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #HƏMAS İsrail münaqişəsi #HƏMAS və İsrail müharibəsi #HƏMAS və İsrail münaqişəsi #Stiven Uitkoff #İsrail və HƏMAS qarşıdurması #danışıqlar #dolayı danışıqlar #İsrail-HƏMAS danışıqları #HƏMAS və İsrail arasında müharibə

Mövzu üzrə digər xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
Digər Xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır

17:46
İran heç vaxt olmadığı qədər zəifləyib - Benyamin Netanyahu
İran

İran heç vaxt olmadığı qədər zəifləyib - Benyamin Netanyahu

17:42
Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA
Digər Xəbərlər

Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA

17:33
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

10:06

Son Xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
18:59
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
18:34
Misir Menkaura piramidasını müvəqqəti bağlayır
Misir Menkaura piramidasını müvəqqəti bağlayır
18:17
Hörmüz boğazı ilə bağlı regional toplantı Omanda keçiriləcək
Hörmüz boğazı ilə bağlı regional toplantı Omanda keçiriləcək
18:13
Qətər və Avstriya Hörmüz boğazında vəziyyəti müzakirə edib
Qətər və Avstriya Hörmüz boğazında vəziyyəti müzakirə edib
18:08
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.