4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Dohada İsrail-HƏMAS dolayı danışıqlarının birinci raundu başlayır

Bu gün Qətərin paytaxtı Dohada HƏMAS və İsrail arasında atəşkəs və girovların azad olunması üçün dolayı danışıqların yeni raundu başlayır.

6 İyul 2025 15:07
Dohada İsrail-HƏMAS dolayı danışıqlarının birinci raundu başlayır

BAKI, AzerVoice

Bu gün Qətərin paytaxtı Dohada HƏMAS və İsrail arasında atəşkəs və girovların azad olunması üçün dolayı danışıqların yeni raundu başlayır.

AzerVoice xəbər verir ki, bu barədə diplomatik mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, vasitəçilər HƏMAS-a danışıqların bu gün Dohada başlanacağını bildiriblər. HƏMAS-ın danışıqlar heyətinə Xəlil əl-Həyyə rəhbərlik edir və texniki qruplarla birlikdə hal-hazırda Dohadadırlar və ciddi danışıqlara hazırdırlar.

Xatırladaq ki, İsrailin baş naziri Benyamin Netanyahu ötən gün bəyan edib ki, bazar günü Qətərə qeyri-birbaşa danışıqlar aparmaq üçün heyət göndərəcək. O bildirib ki, bu danışıqlar Qəzzada atəşkəs razılaşmasına nail olmaq məqsədi daşıyır, lakin HƏMAS-ın son tələblərinin İsrail üçün qəbulolunmaz olduğunu vurğulayıb.

“Bizə ötən gecə HƏMAS-ın Qətər təklifinə dəyişiklik etmək niyyətində olduğu bildirildi və bu dəyişikliklər İsrail üçün qəbulolunmazdır”, - Netanyahunun ofisinin yaydığı bəyanatda deyilir.

Bu arada, bu gün səhər saatlarından bəri İsrailin Qəzzaya etdiyi hava hücumları nəticəsində 23 fələstinli həlak olub, bir neçə nəfər isə yaralanıb. Fələstin mətbuatının verdiyi məlumata görə, öldürülənlərdən 12-si Qəzza şəhərinin şimalındakı Şeyx Ridzvan məhəlləsindəndir. Həmçinin, həmin bölgədəki iki evə edilən hücum nəticəsində 20 nəfər yaralanıb.

Məqalədə: #İsrail #HƏMAS #atəşkəs #Girov mübadiləsi danışıqları #danışıqlar #dolayı danışıqlar #İsrail-HƏMAS danışıqları

Mövzu üzrə digər xəbərlər

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Fələstin

Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb

20:23
İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb
Yaxın Şərq

İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb

20:19
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Fələstin

Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?

18:51

Son Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
20:43
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
20:41
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
20:30
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
20:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.