10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Rusiya-Ukrayna sülh danışıqları üçün yenidən İstanbul təklif edilib

29 May 2025 10:00
Rusiya-Ukrayna sülh danışıqları üçün yenidən İstanbul təklif edilib

BAKI, AzerVoice

Rusiya ilə Ukrayna arasında davam edən müharibənin diplomatik həll yolları İstanbul vasitəsilə yenidən gündəmə gəlib.

AzerVoice xəbər verir ki, Mayın 16-da İstanbulda keçirilən danışıqların ilk raundundan sonra, Rusiya ikinci raund üçün də eyni şəhəri təklif edib və iyunun 2-də görüşə hazır olduqlarını açıqlayıb.

Bu arada cəbhədə vəziyyət gərgin olaraq qalır. Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Sumı vilayəti yaxınlığında 50 minlik hərbi kontingent yerləşdirdiyini bildirib. Zelenskinin sözlərinə görə, Rusiya Kursk bölgəsindən Ukraynanın şimal-şərqinə doğru irəliləmək və sərhəddə 10 kilometrlik “bufer zona” yaratmaq niyyətindədir.

Washington Post qəzeti Rusiyanın iyun ayında genişmiqyaslı hücuma hazırlaşdığını iddia edib. Məqaləyə görə, əsas hədəf Donetsk vilayətinin tam nəzarətə götürülməsi və Sumı-Xarkov sərhədində strateji bölgələrin tutulmasıdır.

Bununla belə, tərəflər arasında diplomatik ünsiyyət davam edir. Rusiya və Ukrayna arasında 1000 əsirin qarşılıqlı dəyişdirilməsi bu istiqamətdə atılmış mühüm addım kimi qiymətləndirilir. Rusiya xarici işlər naziri Sergey Lavrov rəsmi kanallarla Kiyevə danışıqlar təklifini çatdırdıqlarını və Kiyevin neytral statusuna dair tələblərinin qüvvədə qaldığını bildirib.

ABŞ prezidenti Donald Tramp isə bu məsələyə ehtiyatla yanaşaraq, “Putin müharibəni bitirmək istəyir, ya yox – bunu tezliklə öyrənəcəyik,” - deyə qeyd edib. Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı da baş tutub.

Ukrayna lideri isə ABŞ və Rusiya prezidentlərinin iştirakı ilə üçtərəfli görüşə də açıq olduqlarını bəyan edib. ABŞ tərəfi, sülh danışıqlarında irəliləyiş olmayacağı təqdirdə prosesdən çəkilə biləcəklərinə dair xəbərdarlıq edib.

Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bu gərginliyin III Dünya Müharibəsinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Rusiya prezidenti Vladimir Putin isə yeni qlobal təhlükəsizlik arxitekturası təklif edərək, bu sistemin bərabər, bölünməz və bütün ölkələrin təhlükəsizlik maraqlarını nəzərə alan formada qurulmalı olduğunu bildirib.

Məqalədə: #Türkiyə #İstanbul #Rusiya #Vladimir Putin #Ukrayna #Zelenski #Sergey Lavrov #Dmitri Medvedyev #Rusiya-Ukrayna münaqişəsi #Ukrayna-Rusiya müharibəsi #Rusiya-Ukrayna müharibəsinin sonu

Mövzu üzrə digər xəbərlər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
ArabAZ analitika: Geosiyasi təhlillər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət

09:00
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
İran

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi

9 Sentyabr 22:13
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran

İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir

9 Sentyabr 21:09

Son Xəbərlər

Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu
Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu
11:23
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
11:00
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
10:37
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
10:06
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
10:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.