7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Hindistan-Pakistan gərginliyində yeni diplomatik hərəkətlilik

2 İyun 2025 11:16
Hindistan-Pakistan gərginliyində yeni diplomatik hərəkətlilik

BAKI, AzerVoice

Hindistan keçən ay Pakistanla hərbi gərginliyi üçün kifayət qədər beynəlxalq dəstək toplamaması ilə bağlı narahatlıqlar fonunda yeni diplomatik təşəbbüsə başlayıb.

AzerVoice xəbər verir ki, Hindistan Kəşmirin Hindistan tərəfindən idarə olunan tərəfindəki Pahalqam rayonunda aprelin 22-də 26 nəfərin ölümü ilə nəticələnən hücumda Pakistanı bölgədəki terror qruplarına dəstək verməkdə günahlandıraraq Sindoor əməliyyatı adı altında Pakistana qarşı silsilə hücumlar həyata keçirib. Lakin Yeni Dehli administrasiyası beynəlxalq ictimaiyyətin bərabər dəstəyinin olmamasından narahat olduğu üçün hərəkətə keçib.

Hindistanın Kəşmir məsələsində mövqeyini izah etmək üçün ABŞ, Cənubi Koreya, Qətər, Yaponiya və Küveyt də daxil olmaqla 20-dən çox ölkənin paytaxtına nümayəndə heyətləri göndərilib. Daxili siyasətdə birlik təəssüratı yaratmağı hədəfləyən nümayəndə heyətləri arasında müxalifət partiyalarından olan deputatlar və Narendra Modi hökumətinin keçmiş diplomatları da var. Digər tərəfdən Pakistan da Pakistanın keçmiş baş naziri Bənazir Bhuttonun oğlu, keçmiş deputat Bilawal Bhutto Zardarinin rəhbərliyi altında oxşar diplomatik təşəbbüslə çıxış edəcəyini açıqlayıb.

Qeyd edək ki, aprelin 22-də Cammu və Kəşmir əyalətinin Pahalqam rayonunda 26 nəfərin ölümü ilə nəticələnən terror aktına cavab olaraq Hindistanın mayın 6-da Pakistan ərazisinə və Pakistanın nəzarətində olan Azad Kəşmir bölgəsinə raket zərbələri endirməsindən sonra tərəflər arasında qarşıdurma baş verib.

Hindistanın baş naziri Narendra Modi rəhbərlik etdiyi kabinet iclasında hərbi hücumları “Sindoor əməliyyatı” adlandırıb və əməliyyatı “qürur anı” adlandırıb. Hindi lüğətinə görə, "Sindoor" sözü "evli hindu qadınlarının alnına sürtdüyü qırmızı toz" deməkdir.

İki ölkə ABŞ-ın vasitəçiliyi ilə mayın 10-da atəşkəs elan edib.

Məqalədə: #Hindistan iqtisadiyyatı #Pakistan cümə namazı hücumu #Hindistan-Pakistan əlaqələri #Hindistan parlamenti #Pakistanda yanacaq tankeri partlayışı #Hindistan Pakistan gərginliyi #Pakistan Hindistan sərhədi #Hindistan-Pakistan qarşıdurması #Pakistan Hindistan gərginliyi 2025

Mövzu üzrə digər xəbərlər

Baydenin süfrəsində vegetarian qonaq - çayçı oğlu Modi kimdir?
Kim-Kimdir?

Baydenin süfrəsində vegetarian qonaq - çayçı oğlu Modi kimdir?

16 Yanvar 11:31
Pakistan ordusu 20-dən çox Hindistan terrorçusunu məhv edib
Digər Xəbərlər

Pakistan ordusu 20-dən çox Hindistan terrorçusunu məhv edib

25 Noyabr 2025 11:31
Hindistan Rampage raketlərinin yerli istehsalını sürətləndirir
Digər Dövlətlər

Hindistan Rampage raketlərinin yerli istehsalını sürətləndirir

5 Sentyabr 2025 17:17
Pakistanda daşqınlar səbəbindən 300 minə yaxın insan təxliyə edilib
Digər Dövlətlər

Pakistanda daşqınlar səbəbindən 300 minə yaxın insan təxliyə edilib

3 Sentyabr 2025 17:21

Son Xəbərlər

Yəməndə döyüşlər şiddətlənib - 21 min insan köçkün düşüb
Yəməndə döyüşlər şiddətlənib - 21 min insan köçkün düşüb
18:09
Qəzzada ölənlərin sayı 73 658-ə çatıb
Qəzzada ölənlərin sayı 73 658-ə çatıb
18:05
Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
17:00
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
16:38
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
16:09
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.