6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Tesla səhmlərində kəskin eniş - Tramp və Mask gərginliyi artır

7 İyun 2025 15:30
Tesla səhmlərində kəskin eniş - Tramp və Mask gərginliyi artır

BAKI, AzerVoice

ABŞ prezidenti Donald Tramp və Tesla şirkətinin baş direktoru İlon Mask arasında vergi endirimi qanun layihəsi ilə bağlı yaranan gərginlik elektrikli avtomobil istehsalçısının səhmlərinə mənfi təsir göstərib.

AzerVoicexəbər verir ki, Tesla-nın səhmləri 10 faizdən çox dəyər itirərək 298,38 dollara qədər geriləyib.

Trampın “böyük gözəl qanun layihəsi” adlandırdığı vergi təşviqləri paketi Mask tərəfindən kəskin şəkildə tənqid olunub. Tesla rəhbəri X sosial media platformasında yayımladığı açıqlamada qanun layihəsini “biabırçılıq” adlandırıb və “Üzr istəyirəm, amma daha buna dözə bilmirəm” sözləri ilə münasibətini sərt şəkildə ifadə edib.

Bir zamanlar dost münasibətlərində olduqları deyilən Tramp və Mask arasında münasibətlər son günlərdə açıq qarşıdurmaya çevrilib. Tramp Ağ Evdə Almaniya kansleri Fridrix Mersi ilə görüşü zamanı bu məsələ ilə bağlı ilk dəfə mövqe bildirərək, “Elonla əvvəllər yaxşı münasibətimiz var idi. Ona çox kömək etmişəm, amma artıq bu münasibətin davam etdiyini düşünmürəm. Elona görə məyus oldum” - deyə qeyd edib.

Tramp, Maskın reaksiya göstərməsinin səbəbi kimi elektrikli avtomobillərə verilən təşviq endirimlərinin ləğvini göstərib və, “Mask əvvəldən bu təşviqlərin ləğv olunacağını bilirdi.” - deyə əlavə edib.

Trampın açıqlamalarına cavab olaraq Elon Mask X platformasında növbəti paylaşımında “Bu qanun layihəsi mənə heç vaxt göstərilməyib. O qədər sürətlə qəbul olundu ki, Konqres üzvlərinin əksəriyyəti onu oxuya bilmədi.” - deyə qeyd edib.

Mask həmçinin Trampın “onun dəstəyi olmadan qalib gələ biləcəyi” ilə bağlı sözlərini də təkzib edərək, “Əgər mən olmasaydım, Tramp seçkiləri uduzardı. Demokratlar Nümayəndələr Palatasına nəzarəti ələ keçirər, Respublikaçılar isə Senatda cəmi 51-49 üstünlük əldə edərdi,” – deyə bildirib.

Bu qarşıdurmanın yaxın günlərdə daha da kəskinləşəcəyi və həm siyasi, həm də maliyyə bazarlarında təsirinin davam edəcəyi gözlənilir.

Məqalədə: #ABŞ #Donald Tramp #İlon Mask #Tesla #Maskın hökumətlə əlaqəsi #Mask və Tramp administrasiyası #Maskın siyasi təsiri

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.