6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Etna dağı ilin ən şiddətli püskürməsini yaşayıb

8 İyun 2025 14:00
Etna dağı  ilin ən şiddətli püskürməsini yaşayıb

BAKI, AzerVoice

İtaliyanın Siciliya adasında yerləşən Avropanın ən böyük və aktiv vulkanı Etna dağı bu həftə yenidən püskürüb.

AzerVoice xəbər verir ki, bu püskürmə əvvəlkilərdən fərqli olaraq nadir bir hadisə – piroklastik axınla müşayiət olunub.

İyunun 2-də, bazar ertəsi baş verən püskürmə zamanı vulkanın cənub-qərb kraterindən sürətlə axan qaz, kül və qaya parçalarından ibarət piroklastik axın müşahidə edilib. Bu cür axınların görünməsi Etna üçün nadir hal sayılır. Ən son bu tip püskürmə 2022-ci il fevralın 10-da qeydə alınmışdı.

Yerli vaxtla saat 10:00-da başlayan püskürmə lava və külün kilometrlərlə səmaya yayılması ilə müşayiət olunub. Saat 11:23-də isə püskürmə pik həddinə çatıb. Qarla qarışan maqmanın yaratdığı piroklastik axın cəmi bir dəqiqə ərzində 2 kilometr məsafə qət edərək Aslan Vadisinə yayılıb. Axın yalnız təbii mühafizə zonası daxilində qalıb və yaşayış məntəqələrinə təhlükə yaratmayıb.

Hazırkı püskürmə mart ayından bəri Etna vulkanında baş verən 14-cü vulkanik aktivlikdir. İtaliya rəsmiləri püskürmənin nə insan itkisinə, nə də təxliyəyə səbəb olduğunu bildiriblər. Vulkanın ictimaiyyət üçün ciddi təhlükə yaratmadığı vurğulanır.

Qeyd edək ki, Etna vulkanında oxşar piroklastik axınlar daha əvvəl 2021-ci ilin oktyabrında, 2020-ci ilin dekabrında və 2014-cü ilin fevralında da müşahidə edilib.

Məqalədə: #İtaliya #Etna vulkanı #Təbii Fəlakət #Vulkan püskürməsi #vulkan xəbərdarlığı #vulkan riskləri

Mövzu üzrə digər xəbərlər

Qırmızı dənizin təhlükəsizliyi sahilyanı dövlətlərin müstəsna məsuliyyətidir
Misir

Qırmızı dənizin təhlükəsizliyi sahilyanı dövlətlərin müstəsna məsuliyyətidir

3 Sentyabr 16:48
Misir və İtaliya Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırıb
Yaxın Şərq

Misir və İtaliya Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırıb

29 Avqust 20:48
Tibetdə 5 bal gücündə zəlzələ baş verib
Digər Xəbərlər

Tibetdə 5 bal gücündə zəlzələ baş verib

27 Avqust 21:13
Bu gün Vezuvi vulkanı Pompeyini tarixə çevirdi
Tarixdə bu gün

Bu gün Vezuvi vulkanı Pompeyini tarixə çevirdi

24 Avqust 04:08

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.