6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

London iki israilli nazirə qarşı sərt sanksiya tətbiq edib

10 İyun 2025 17:44
London iki israilli nazirə qarşı sərt sanksiya tətbiq edib

BAKI, AzerVoice

Böyük Britaniya İsrailin ifrat sağçı nazirləri Bezalel Smotriç və İtamar Ben-Qvirin Qəzza ilə bağlı bəyanatlarına görə onlara qarşı sanksiyalar tətbiq edib.

AzerVoice xəbər verir ki, Böyük Britaniyanın bu qərarı çərçivəsində hər iki nazirin ölkəyə girişinə qadağa qoyulub, Böyük Britaniyadakı aktivləri dondurulub və onlarla maliyyə əlaqələri qadağan olunub.

Sanksiyalar iyunun 10-da qüvvəyə minib və bu qərar ölkəni Kanada, Avstraliya və Yeni Zelandiyadan sonra oxşar addım atan dördüncü ölkə edib.

Qeyd edək ki, Smotriç Qəzzaya humanitar yardımın qarşısının alınmasını və bölgənin tamamilə məhv edilməsini dəstəkləyən fikirləri ilə tənqid olunub. Ben-Qvir isə Qüdsdə Məscidül-Əqsa əvəzinə sinaqoq tikilməsi və fələstinlilərin Qəzzadan deportasiyasını müdafiə edib.

Böyük Britaniyanın xarici işlər naziri David Lammy hər iki nazirin açıqlamalarını “dəhşətli və təhlükəli” adlandırıb. Bu qərar, Baş nazir Keir Starmerin beynəlxalq hüququn pozulması ilə bağlı İsraili xəbərdar etməsindən sonra verilib.

Qeyd edək ki, BMT-nin hesabatlarına əsasən, Qəzzada 2,1 milyon insan aclıq riski ilə üz-üzədir. Yardımların çatdırılması zamanı baş verən hadisələr nəticəsində indiyədək yüzdən çox insan həlak olub. Son olaraq, yardıma gələn 17 nəfərin də İsrail əsgərləri tərəfindən öldürüldüyü bildirilir.

Məqalədə: #İsrail #Qəzza zolağı #BMT #Böyük Britaniya #QÜDS #Ben Qvir #sanksiyalar #Devid Lemmi #Məscidül-Əqsa #Qəzzada humanitar böhran #sanksiya siyahısı

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.