İspaniya hökuməti İsrailə qarşı 9 maddəlik sanksiya paketini təsdiqlədi
İspaniyanın azlıq sol koalisiya hökuməti, Qəzzada baş verən soyqırıma cavab olaraq İsrailə qarşı 9 maddəlik sanksiya paketini qəbul edib. Baş nazir Pedro Sançesin dünən elan etdiyi tədbirlər bu gün Nazirlər Kabinetinin iclasında rəsmən təsdiqlənib və dərhal qüvvəyə minib. İclasdan sonra mətbuata açıqlama verən Xarici İşlər naziri Xose Manuel Albarez bildirib ki, "Qəzzada bu qədər günahsız insanın öldürülməsi qarşısında səssiz və hərəkətsiz qala bilməzdik". Onun sözlərinə görə, "Qəzzadakı soyqırıma qarşı tədbirlər və Fələstin xalqına dəstək" adlı paket beynəlxalq hüquq və insan haqları çərçivəsində hazırlanıb.
ABŞ qarşılıqlı hörmət əsasında dialoqa hazır olduqda, İran da buna hazır olacaq - Əraqçi
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi bildirib ki, ABŞ-la danışıqlar vasitəçilər üzərindən davam edir və Vaşinqton qarşılıqlı hörmət əsasında dialoqa hazır olduqda, Tehran da buna hazır olacaq. Nazir bu fikirləri “İranın azad və ticarət zonalarında imkanlar və investisiya fürsətləri” adlı milli konfransda çıxışı zamanı səsləndirib.
Rusiyanın hücumlarına Aİ-dən sərt cavab - 19-cu sanksiya paketi
Aİ, Ukraynanın 2025-ci ilin martından etibarən qeyd-şərtsiz atəşkəsə sadiq qaldığını, lakin Rusiyanın hücumları gücləndirdiyini iddia edib. “Rusiya ölümlərə son qoymalı və sülh iradəsi göstərməlidir,” – deyə bəyanatda vurğulanıb. Aİ, Ukraynaya dəstəyini davam etdirəcəyini və 19-cu sanksiyalar paketi ilə Rusiyaya təzyiqi artıracağını açıqlayıb. Bu sanksiyaların hazırlanmasında ABŞ ilə əməkdaşlıq xüsusi olaraq qeyd olunub.
ABŞ İrana qarşı sanksiyaları genişləndirir
ABŞ İranla bağlı sanksiya siyahısını genişləndirərək ora 1 fiziki şəxs, 13 şirkət və 8 neft tankerini daxil edib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, sanksiyalar Yunanıstan vətəndaşı Antonios Marqaritisa da şamil olunub. Onun uzun illər ərzində İran nefti və neft məhsullarının tədarükünə yardım etdiyi iddia olunur. Siyahıya həmçinin Çində, Birləşmiş Ərəb Əmirliklərində və Marşall adalarında fəaliyyət göstərən şirkətlər, eləcə də Panama, Kuk adaları, Honkonq, Qambiya, San-Tome və Prinsipi, Antiqa və Barbuda bayrağı altında üzən tanker gəmiləri daxil edilib.
ABŞ cümə günü Rusiyaya ikinci dərəcəli sanksiyalar tətbiq edə bilər - Ağ Ev
ABŞ administrasiyasının cümə günü Rusiyaya qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edə biləcəyi gözlənilir. Bu barədə Ağ Evin nümayəndəsi məlumat verib.
ABŞ İrana dəstəkdə ittiham olunan 22 şirkətə qarşı sanksiya tətbiq edib
ABŞ hakimiyyəti Çindən, Türkiyədən və Birləşmiş Ərəb Əmirliklərindən olan 22 şirkəti İrana qarşı sanksiyalarla bağlı siyahıya daxil edib.
ABŞ İrana dəstəyə görə bir şəxsə və 8 şirkətə qarşı sanksiya tətbiq edib
ABŞ administrasiyası, İranın müdafiə sənayesi üçün lazımi texniki avadanlıqların təchizatı və daşınmasını təmin etdiklərinə görə bir şəxsi və 8 şirkəti sanksiya siyahısına əlavə edib.