12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İspaniya hökuməti İsrailə qarşı 9 maddəlik sanksiya paketini təsdiqlədi

İspaniyanın azlıq sol koalisiya hökuməti, Qəzzada baş verən soyqırıma cavab olaraq İsrailə qarşı 9 maddəlik sanksiya paketini qəbul edib. Baş nazir Pedro Sançesin dünən elan etdiyi tədbirlər bu gün Nazirlər Kabinetinin iclasında rəsmən təsdiqlənib və dərhal qüvvəyə minib. İclasdan sonra mətbuata açıqlama verən Xarici İşlər naziri Xose Manuel Albarez bildirib ki, "Qəzzada bu qədər günahsız insanın öldürülməsi qarşısında səssiz və hərəkətsiz qala bilməzdik". Onun sözlərinə görə, "Qəzzadakı soyqırıma qarşı tədbirlər və Fələstin xalqına dəstək" adlı paket beynəlxalq hüquq və insan haqları çərçivəsində hazırlanıb.

9 Sentyabr 2025 16:11
İspaniya hökuməti İsrailə qarşı 9 maddəlik sanksiya paketini təsdiqlədi

BAKI, AzerVoice, Nailə Babazadə

İspaniyanın azlıq sol koalisiya hökuməti, Qəzzada baş verən soyqırıma cavab olaraq İsrailə qarşı 9 maddəlik sanksiya paketini qəbul edib. Baş nazir Pedro Sançesin dünən elan etdiyi tədbirlər bu gün Nazirlər Kabinetinin iclasında rəsmən təsdiqlənib və dərhal qüvvəyə minib.

AzerVoice xəbər verir ki,İclasdan sonra mətbuata açıqlama verən Xarici İşlər naziri Xose Manuel Albarez bildirib ki, "Qəzzada bu qədər günahsız insanın öldürülməsi qarşısında səssiz və hərəkətsiz qala bilməzdik". Onun sözlərinə görə, "Qəzzadakı soyqırıma qarşı tədbirlər və Fələstin xalqına dəstək" adlı paket beynəlxalq hüquq və insan haqları çərçivəsində hazırlanıb.

Albarez vurğulayıb ki, İspaniya iki dövlətli həll modelini dəstəkləməyə davam edir və bu istiqamətdə Avropa İttifaqı (Aİ) çərçivəsində daha geniş tədbirlərin görülməsini istəyir. O, Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Aİ xarici işlər nazirlərinin görüşündə təqdim etdiyi təklifə (İsrailə silah embarqosu, ticarət əlaqələrinin kəsilməsi və bütün Aİ proqramlarının dayandırılması) tam dəstəyin hələlik formalaşmadığını, lakin nitelikli əksəriyyətə yaxın olduqlarını qeyd edib.

Nazir, İsrailin Aİ ilə imzaladığı Tərəfdaşlıq Müqaviləsinin 2-ci maddəsini açıq şəkildə pozduğunu və bununla bağlı Avropa Komissiyasının hesabatının olduğunu da əlavə edib. BMT Baş Assambleyasının 21 sentyabr tarixində keçiriləcək toplantısında isə məsələnin daha ciddi müzakirəyə çıxarılacağını bildirib.

Sanksiyalar paketində nə var?

İspaniya hökumətinin qəbul etdiyi 9 maddəlik sanksiya tədbirləri bunlardır:

  1. 2023-cü ilin oktyabrından etibarən qüvvədə olan İsrailə silah embarqosunun hüquqi əsaslarla daimi və qanuni şəkildə möhkəmləndirilməsi.
  2. İsrail ordusuna yanacaq daşıyan bütün gəmilərin İspaniya limanlarından keçməsinin qadağan edilməsi.
  3. İsrailə müdafiə təchizatı daşıyan bütün rəsmi təyyarələrin İspaniya hava məkanına girişinin qadağan olunması.
  4. Qəzzada soyqırım, insan hüquqları pozuntuları və müharibə cinayətlərində birbaşa iştirak edən şəxslərin İspaniyaya girişinin qadağan olunması.
  5. Qəzza və İordan çayının qərb sahilindəki qanunsuz yaşayış məntəqələrindən məhsul idxalının qadağan olunması, fələstinlilərin zorla köçürülməsinə qarşı tədbirlərin görülməsi və iki dövlətli həllin qorunub saxlanması.
  6. Qanunsuz yaşayış məntəqələrində yaşayan İspaniya vətəndaşlarına göstərilən konsulluq xidmətlərinin qanuni minimum səviyyəyə endirilməsi.
  7. Refah sərhəd-keçid məntəqəsindəki Aİ sərhəd yardım missiyasına İspaniya hərbçilərinin sayının artırılması və Fələstinlə kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və tibbi yardım sahələrində yeni əməkdaşlıq layihələrinin həyata keçirilməsi.
  8. İspaniyanın BMT-nin UNRWA təşkilatına yardımını 10 milyon avro artırması.
  9. Qəzzaya yönəlik insani yardım və əməkdaşlıq büdcəsinin 2026-cı ilə qədər 150 milyon avroya çatdırılması.

İsrailə qarşı diplomatik addımlar davam edir

Nazir Albarez, İsrailə qarşı bu addımların İspaniyanın tarixində ikinci dəfə diplomatik münasibətlərin dayandırılmasına səbəb ola biləcəyini, ancaq hazırda hələ bu səviyyədə qərar alınmadığını bildirib. O, 1980-ci ildə Qvatemala ilə münasibətlərin kəsildiyini, lakin İsraillə iki dövlətli həll istiqamətində diplomatik dialoqun davam edəcəyini qeyd edib.

Məqalədə: #Qəzza #İsrail #Qəzza zolağı #Avropa İttifaqı #İspaniya #sanksiya #sanksiyalar paketi #sanksiyalar #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Ərəb dövlətləri və Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #sanksiya siyahısı

Mövzu üzrə digər xəbərlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Digər Dövlətlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb

11 Sentyabr 21:39
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
İran

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran

11 Sentyabr 21:31
Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
İran

Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib

11 Sentyabr 20:45
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
Digər Dövlətlər

ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset

11 Sentyabr 20:41

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.