4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ İrana dəstəkdə ittiham olunan 22 şirkətə qarşı sanksiya tətbiq edib

ABŞ hakimiyyəti Çindən, Türkiyədən və Birləşmiş Ərəb Əmirliklərindən olan 22 şirkəti İrana qarşı sanksiyalarla bağlı siyahıya daxil edib.

9 İyul 2025 19:01
ABŞ İrana dəstəkdə ittiham olunan 22 şirkətə qarşı sanksiya tətbiq edib

BAKI, AzerVoice

ABŞ hakimiyyəti Çindən, Türkiyədən və Birləşmiş Ərəb Əmirliklərindən olan 22 şirkəti İrana qarşı sanksiyalarla bağlı siyahıya daxil edib.

AzerVoice xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) rəsmi saytında məlumat verilib.

Bildirilib ki, bu qərar həmin şirkətlərin İran neftinin satışına kömək etməsi ilə əlaqədardır. Bu satışlar İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bölməsinin maraqlarına xidmət edir.

“Molla rejimi özünün kölgə bank sistemindən İran xalqının rifahı üçün deyil, nüvə və ballistik silah proqramları kimi regionu təhlükəyə sürükləyən fəaliyyətlərini maliyyələşdirmək üçün fəal şəkildə istifadə edir” – deyə, ABŞ maliyyə naziri Skott Bessentin sözlərinə istinad edilib.

Besent qeyd edib ki, departament İrana məxsus ABŞ və müttəfiqləri üçün təhlükə yaradan kölgə infrastrukturunu dağıtmağa yönəlmiş siyasətə diqqət yetirir.

Bundan əlavə, departament bəyan edib ki, sanksiya siyahısından bir sıra suriyalı hüquqi şəxslər çıxarılıb. Bu addımın Ağ Evin sanksiyaların ləğvi ilə bağlı vədləri ilə bağlı olub-olmadığı isə dəqiqləşdirilməyib.

Xatırladaq ki, 29 iyun tarixində ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, müəyyən şərtlərlə İrana qarşı tətbiq olunmuş sanksiyalar ləğv oluna bilər. Onun sözlərinə görə, əgər İran “öz işini görərsə”, “sülhpərvər olarsa” və “zərər verməyəcəyini açıq şəkildə göstərərsə”, o zaman sanksiyalar ləğv edilə bilər. Tramp əlavə etmişdi ki, bu, böyük dəyişikliklərə yol aça bilər.

Bundan əvvəl isə İsrail Avropa ölkələrindən İrana qarşı bütün sanksiyaların dərhal bərpa olunmasını tələb etmişdi.

Məqalədə: #İran #ABŞ #sanksiya #ABŞ Maliyyə Nazirliyi #Skott Bessent #sanksiya siyahısı #ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC)

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45
ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens
Digər Dövlətlər

ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

3 Sentyabr 22:36
İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens
Digər Dövlətlər

İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens

3 Sentyabr 22:24
İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu
Digər Dövlətlər

İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

3 Sentyabr 22:01

Son Xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.