10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Britaniya kəşfiyyatına ilk dəfə qadın rəhbər təyin olunub

Böyük Britaniyanın baş naziri Keir Starmerin təsdiqi ilə ölkənin xarici kəşfiyyat xidməti MI6-ya (Secret Intelligence Service) ilk dəfə qadın rəhbər təyin edilib.

16 İyun 2025 09:45
Britaniya kəşfiyyatına ilk dəfə qadın rəhbər təyin olunub

BAKI, AzerVoice

Britaniya kəşfiyyatına ilk dəfə qadın rəhbər təyin olunub.

AzerVoice xəbər verir ki, Böyük Britaniyanın baş naziri Keir Starmerin təsdiqi ilə ölkənin xarici kəşfiyyat xidməti MI6-ya (Secret Intelligence Service) ilk dəfə qadın rəhbər təyin edilib.

Bu vəzifəyə Blez Metreweli gətirilib.

Baş nazirliyin 10 saylı ofisindən yayılan açıqlamada Metrewelinin MI6-nın 18-ci rəhbəri olduğu, təşkilatda daha əvvəl texnologiya və innovasiyaya cavabdeh “Q” direktoru vəzifəsində çalışdığı bildirilib. O, eyni zamanda ölkənin daxili təhlükəsizlik xidməti MI5-də də fəaliyyət göstərib.

Hazırda MI6-nın rəhbəri olan və vaxtilə Britaniyanın Ankaradakı səfiri kimi tanınan Riçard Mur bu ilin payızında vəzifəsini təhvil verəcək. Kembric Universitetində antropologiya təhsili alan Metreweli 1999-cu ildən MI6-da çalışır və karyerasının böyük hissəsini Yaxın Şərq və Avropadakı əməliyyatlarla keçirib.

“Böyük Britaniya görünməmiş təhlükələrlə üz-üzədir. Casus gəmilərdən tutmuş dövlət xidmətlərini hədəfləyən kiber hücumlara qədər çoxsaylı təhlükələrlə qarşılaşırıq.” - deyə Baş nazir Starmer təyinatı tarixi hadisə adlandıraraq qeyd edib.

Xarici işlər naziri David Lammy isə bildirib ki, texnologiyanın artan rolu və qlobal qeyri-sabitlik fonunda Metrewelinin rəhbərliyi ölkənin təhlükəsizliyinə töhfə verəcək. O əlavə edib ki, kəşfiyyat orqanlarına əlavə 600 milyon funt-sterlinq büdcə ayrılıb.

Qeyd edək ki, Blez Metrewelinin MI6 rəhbəri təyin olunması həm də gender bərabərliyi baxımından tarixi addım hesab olunur.

Məqalədə: #Böyük Britaniya #təhlükəsizlik #Devid Lemmi #Keir Starmer #Təhlükəsizlik narahatlıqları #xarici kəşfiyyat xidməti #Britaniya kəşfiyyatı

Mövzu üzrə digər xəbərlər

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
İran

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi

9 Sentyabr 22:13
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran

İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir

9 Sentyabr 21:09
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Digər Xəbərlər

Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib

9 Sentyabr 20:51

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.