14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İran və İsrail münaqişəsi təhlükəli həddə çatıb - Kreml

Kremlin sözçüsü Dmitri Peskov İsrail və İran arasında artan gərginlik fonunda hər iki tərəfi maksimum təmkinə və sülhə çağırıb.

17 İyun 2025 16:17
İran və İsrail münaqişəsi təhlükəli həddə çatıb - Kreml

BAKI, AzerVoice

İsrail və İran arasında vəziyyət sürətlə gərginləşir.

AzerVoice xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov İsrail və İran arasında artan gərginlik fonunda hər iki tərəfi maksimum təmkinə və sülhə çağırıb.

Peskov bildirib ki, bölgədə vəziyyət son dərəcə təhlükəli həddə çatıb.

Moskvada jurnalistlərin suallarını cavablandıran Peskov, İsrail Baş naziri Benyamin Netanyahunun “İran liderini hədəfə almaq münaqişəni dayandıracaq” yönündəki fikirlərini dəyərləndirərək bu bəyanatların ciddi narahatlıq doğurduğunu bildirib.

“Vəziyyət sürətlə gərginləşir. Bu baxımdan, tərəfləri siyasi və diplomatik həll yollarına üstünlük verməyə və təmkin nümayiş etdirməyə çağırırıq”, – deyə Peskov qeyd edib. O əlavə edib ki, Moskva bu məsələdə vasitəçilik etməyə hazırdır, lakin İsrail tərəfinin sülh təşəbbüslərinə maraqlı görünmədiyini müşahidə edirlər.

Qeyd edək ki, Rusiya, İrandakı Rusiya vətəndaşlarının Azərbaycanla sərhəd qapısından təxliyyəsi istiqamətində də iş aparır.

Peskov həmçinin Türkiyənin ev sahibliyi ilə İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarına toxunaraq bildirib ki, Rusiya üzərinə düşən öhdəlikləri yerinə yetirib, lakin yeni danışıqlar raundu üçün hələ Ukrayna ilə razılıq əldə olunmayıb.

ABŞ prezidenti Donald Trampın “Rusiyanın G8-dən kənarda qalması səhv idi” fikrinə də münasibət bildirən Peskov , “Trampın bu sözləri ilə razıyıq. G7 formatı artıq bizim üçün mənasını itirib. Qlobal iqtisadiyyatda artan təsirə malik G20 ilə müqayisədə G7 artıq yararsız formata çevrilib.”- deyə bildirib.

Məqalədə: #İsrail #İran #Benyamin Netanyahu #Rusiya #ABŞ #Donald Tramp #Ukrayna #G20 #G7 sammiti #Peskov #Kremlin #İsrail-İran münaqişəsi #İran İsrail münasibətləri #İsrailin İran hücumu #İsrail İran əməliyyatı 2025

Mövzu üzrə digər xəbərlər

İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
Səudiyyə Ərəbistanı

İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi

07:26
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

13 Sentyabr 19:40
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
İran

İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb

13 Sentyabr 18:27
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

13 Sentyabr 18:03

Son Xəbərlər

Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik
Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik
09:00
Yuxuda köstəbək görmək
Yuxuda köstəbək görmək
08:00
Səudiyyə Ərəbistanı ilk milli avtomobil brendini sentyabrın 21-də təqdim edəcək
Səudiyyə Ərəbistanı ilk milli avtomobil brendini sentyabrın 21-də təqdim edəcək
07:56
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
07:26
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.