12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Xameneinin vurulması xəbərləri dezinformasiyadır - İran

Dünən İranın dini lideri Ayətullah Əli Xameneinin yeraltı qərargahının İsrail tərəfindən hədəf alındığı iddia edilib.

19 İyun 2025 10:07
Xameneinin vurulması xəbərləri dezinformasiyadır - İran

BAKI, AzerVoice

Dünən İranın dini lideri Ayətullah Əli Xameneinin yeraltı qərargahının İsrail tərəfindən hədəf alındığı iddia edilib.

AzerVoice xəbər verir ki, bu iddia, Xameneinin altı günlük sükutdan sonra xalqa müraciət etdiyi günün axşamında İsrail mediası tərəfindən yayılıb.

İsrailin yüksəkçinli iranlı komandanlara və nüvə obyektlərinə hücumundan sonra diqqətlər Xameneiyə yönəlib. Rəsmi Tehran rəhbərinin harada olduğu ilə bağlı rəsmilər dəqiq məlumat verməsə də, “İsrail Hayom” qəzetinin məlumatına görə, İsrail qüvvələri Tehranın şimal-şərqindəki Lavizan məhəlləsində yerləşdiyi iddia edilən yeraltı qərargahı hədəf alıb.

İsrailin müdafiə naziri Yoav Katz hücumla bağlı açıqlamasında bildirib ki, İsrail Hərbi Hava Qüvvələri “İran diktatorunun zülmünün əsas mərkəzi olan” binanı hədəf alaraq dağıdıb. O, bu cür hücumların davam edəcəyini vurğulayıb.

İran Beynəlxalq Xəbər Agentliyi iki ayrı mənbəyə istinadla bildirib ki, Xamenei Lavizandakı yeraltı bunkerdə ailəsi ilə birlikdə ciddi təhlükəsizlik şəraitində gizlədilib. Oğlu Müctəbanın da onun yanında olduğu qeyd edilir. Economist Defense jurnalının redaktoru Şaşank Coşi Xameneinin təhlükəsizliyinə xüsusi önəm verildiyini və müntəzəm yer dəyişikliyi etdiyini qeyd edib.

Xatırladaq ki, Ayətullah Xamenei altı günlük sükutdan sonra televiziya vasitəsilə xalqa müraciət edərək İsrailin “böyük səhv” etdiyini bildirib. “İsrail bu hücumun cavabını alacaq. İran öz hava məkanının pozulmasını bağışlamayacaq.” - deyə o qeyd edib. O, ABŞ prezidenti Donald Trampın hədələrinə də toxunaraq qeyd edib ki, İran xalqı təhdid dilini qəbul etmir və təslim olmayacaq.

Xamenei Trampın “Xameneinin harada gizləndiyini bilirik” sözlərinə cavab olaraq “Əgər təhdid edəcəksinizsə, təhdidlərdən qorxan birini hədəf alın. İran xalqı bundan çəkinmir.” - deyə o qeyd edib.

Qeyd edək ki, hələlik bu hücumla bağlı nə İran, nə də beynəlxalq müstəqil mənbələrdən rəsmi təsdiq yoxdur.

Məqalədə: #İsrail #İran #ABŞ #Donald Tramp #Ayətulla Seyid Əli Xamenei #İran-ABŞ münasibətləri #İran İsrail münasibətləri #İran-İsrail münasibətləri #İsrailin İran hücum planı #İsrail İran hücumu #İran İsrail qarşıdurması

Mövzu üzrə digər xəbərlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Digər Dövlətlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb

11 Sentyabr 21:39
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
İran

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran

11 Sentyabr 21:31
Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
İran

Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib

11 Sentyabr 20:45
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
Digər Dövlətlər

ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset

11 Sentyabr 20:41

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.