12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İki milyondan çox suriyalı vətəninə geri qayıdıb - BMT

Ötən ilin dekabr ayında Suriyada Əsəd rejiminin devrilməsindən sonra iki milyondan çox suriyalı qaçqın və öz vətəninə qayıdıb.

19 İyun 2025 18:23
İki milyondan çox suriyalı vətəninə geri qayıdıb - BMT

BAKI, AzerVoice

Ötən ilin dekabr ayında Suriyada Əsəd rejiminin devrilməsindən sonra iki milyondan çox suriyalı qaçqın və öz vətəninə qayıdıb.

AzerVoice xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filipp Qrandi X sosial şəbəkə hesabında yazıb.

“Dekabrdan bu yana iki milyondan çox suriyalı qaçqın və didərgin öz evlərinə qayıdıb” - deyə, Qrandi bildirib.

Bu hadisəni o, regiondakı artan gərginlik fonunda ümidverici bir göstərici kimi dəyərləndirib.

“Bir çox qaçqın artıq yurdlarına geri qayıtmaq qərarı verib, lakin bu qayıdışın davamlı olması üçün Suriyanın beynəlxalq dəstəyə ehtiyacı var” - deyə, o əlavə edib.

Qeyd edək ki, 2011-ci ildə Suriyada Əsəd rejiminə qarşı başlayan xalq etirazlarının zorakılıqla yatırılmasından sonra başlayan münaqişə nəticəsində ölkə əhalisinin yarısı ölkə daxilində və ya xaricdə didərgin düşüb. Əhalinin əsas hissəsi İdlib və onun ətrafında yerləşən düşərgələrdə sığınacaq tapıb.

Əlavə edək ki, ötən il dekabrın 8-dən bəri, suriyalılar həm ölkə daxilindən, həm də xüsusilə Livan və Türkiyə kimi qonşu ölkələrdən öz bölgələrinə mərhələli şəkildə qayıtmağa başlayıblar. Lakin infrastrukturun dağılması və ya olmaması, həmçinin ağır iqtisadi vəziyyət əlavə kütləvi qayıdışların qarşısını alır.

Məqalədə: #BMT #Suriya #Qaçqınların Suriyaya qayıdışı #Suriyalı qaçqınların geri qaytarılması #Suriyalı qaçqınların qayıdışı

Mövzu üzrə digər xəbərlər

İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
İraq

İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb

13:09
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12:53
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Digər Dövlətlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb

11 Sentyabr 21:39
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
İran

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran

11 Sentyabr 21:31

Son Xəbərlər

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
13:46
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
13:36
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
13:13
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
13:09
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
13:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.