412 minə yaxın suriyalı Türkiyədən vətəninə qayıdıb
Ötən il dekabrın 8-də Suriyada Bəşşar Əsəd rejiminin devrilməsindən sonra Türkiyədən ümumilikdə 411 min 649 suriyalı öz vətəninə qayıdıb. 2016-cı ildən bu günə qədər Türkiyədən Suriyaya könüllü şəkildə qayıdanların ümumi sayı 1 milyon 151 min 652 nəfərə çatıb. Hazırda isə Türkiyədə müvəqqəti qoruma statusu ilə yaşayan suriyalıların sayı 2 milyon 543 min 711 nəfərdir.
İki milyondan çox suriyalı vətəninə geri qayıdıb - BMT
Ötən ilin dekabr ayında Suriyada Əsəd rejiminin devrilməsindən sonra iki milyondan çox suriyalı qaçqın və öz vətəninə qayıdıb.