5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Tramp İrana qarşı qərarını iki həftə ərzində verəcək

ABŞ Prezidenti Donald Tramp İrana qarşı mümkün hərbi müdaxilə ilə bağlı son qərarını iki həftə ərzində verəcəyini açıqlayıb

20 İyun 2025 09:55
Tramp İrana qarşı qərarını iki həftə ərzində verəcək

BAKI, AzerVoice

Tramp İrana müdaxilə qərarını iki həftəyə verəcək.

AzerVoice xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı mümkün hərbi müdaxilə ilə bağlı son qərarını iki həftə ərzində verəcəyini açıqlayıb.

Prezident, ilkin olaraq diplomatiyaya üstünlük verdiyini bildirərək Pentaqonun təqdim etdiyi hücum planlarını təsdiqləsə də, hələlik əmri verməyib.

Ağ Evin sözçüsü Karolin Leavitt, mətbuat konfransında Trampın qərarını birbaşa özü tərəfindən çatdırdığını bildirib. Onun sözlərinə görə, “Prezident İranın 60 gün ərzində danışıqlara oturmaması fonunda İsrailin hərəkətə keçməsindən sonra vəziyyəti dəyərləndirib və qərarını iki həftəyə verəcək”.

Leavitt eyni zamanda bildirib ki, Tramp diplomatiyaya önəm versə də, zərurət yaranacağı təqdirdə güc tətbiqindən çəkinməyəcək.

ABŞ mətbuatı prezidentin Situasiya otağında Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn, müdafiə naziri Pit Heqset və digər yüksək rütbəli şəxslərlə məsləhətləşdikdən sonra İrana hücum planlarını təsdiqlədiyini, lakin “zərbə əmri” vermədiyini yazıb.

Wall Street Journal-a reaksiya verən Tramp, “Onlar nə düşündüyümü bilmir. Mən son qərarımı ehtiyac yaranan an verirəm”, – deyə bildirib.

Bloomberg və Axios-un yaydığı məlumatlara əsasən, ABŞ administrasiyası mümkün hücumun İranın nüvə proqramını dayandırmağa kifayət edib-etməyəcəyini və Yaxın Şərqdə uzunmüddətli münaqişəyə səbəb olub-olmayacağını müzakirə edir.

Trampın “Öncə Amerika” şüarını əsas götürən MAGA tərəfdarlarının bir hissəsi onun İrana hərbi müdaxilə etməsini seçki vədlərinə zidd hesab edir, lakin digər tərəf Trampın qərarına hörmətlə yanaşacaqlarını bildirir.

Senator Lindsey Graham kimi respublikaçıların şahin qanadı isə Trampa İrana qarşı sərt mövqe tutması üçün təzyiq göstərir. Siyasi təhlilçilərə görə, bu məsələ Trampın partiya daxilindəki liderliyini möhkəmləndirməsi baxımından ciddi sınaqdır.

Məqalədə: #İran #ABŞ #Donald Tramp #Pentaqon #İsrail və İran gərginliyi #Tramp administrasiyası #ABŞ-İran münasibətləri #İran İsrail münasibətləri #İsrailin İran hücumu

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

19:56

Son Xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
22:14
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
21:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.