13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İran Qətəri ABŞ bazaları ilə bağlı rəsmi şəkildə xəbərdar edib

İran rəsmiləri bu həftə Qətər hökumətinə xəbərdarlıq edərək bildiriblər ki, əgər ABŞ İsraillə İran arasında mövcud münaqişəyə müdaxilə edərsə, Fars körfəzində yerləşən amerikalılara məxsus hərbi bazalar Tehran üçün legitim hədəfə çevriləcək.

20 İyun 2025 12:31
İran Qətəri ABŞ bazaları ilə bağlı rəsmi şəkildə xəbərdar edib

BAKI,AzerVoice

İran rəsmiləri bu həftə Qətər hökumətinə xəbərdarlıq edərək bildiriblər ki, əgər ABŞ İsraillə İran arasında mövcud münaqişəyə müdaxilə edərsə, Fars körfəzində yerləşən amerikalılara məxsus hərbi bazalar Tehran üçün legitim hədəfə çevriləcək.

AzerVoice xəbər verir ki, İranın diqqət çəkdiyi obyektlər arasında Qətərin paytaxtı Dohadan 20 kilometr məsafədə yerləşən Əl-Udeyd Hərbi-Hava Bazası, Bəhreyndəki ABŞ Hərbi-Dəniz Qüvvələri bazası və Küveytdəki Amerika hərbi obyektləri var.

Xatırladaq ki, daha əvvəl Ağ Evin mətbuat katibi Kerolayn Levit bildirib ki, ABŞ Prezidenti Donald Tramp yaxın iki həftə ərzində İrana qarşı mümkün hərbi zərbə qərarı verə bilər. Onun sözlərinə görə, Tramp həmçinin Tehranla yaxın gələcəkdə danışıqlar aparılmasının da mümkün olduğunu istisna etmir.

Xatırladaq ki, 13 iyun tarixində İsrail İranın müxtəlif şəhərlərində yerləşən nüvə obyektlərinə və ordunun yüksək rütbəli komandanlığına qarşı genişmiqyaslı hücumlar həyata keçirib.

Hücum nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, SEPAH-ın baş komandanı və bir neçə yüksək vəzifəli zabit, həmçinin doqquz nüvə alimi həyatını itirib.

İran Səhiyyə Nazirliyinin 15 iyun tarixli məlumatına əsasən, İsrailin hava zərbələri nəticəsində 224 mülki şəxs həlak olub, 1277-dən çox insan isə yaralanıb.

İranın cavab zərbəsi zamanı İsrail ərazisinə balistik raketlərlə hücum təşkil edilib. İran mediasının məlumatına görə, bu hücum nəticəsində İsraildə 25 nəfər ölüb, 500-dən çox insan yaralanıb.

Məqalədə: #İsrail #İran #ABŞ #Tel-Əviv #Qətər #Doha #Tehran #Vaşinqton #İran nüvə proqramı #İran-İsrail gərginliyi #İran-ABŞ gərginliyi

Mövzu üzrə digər xəbərlər

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
İran

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb

12 Sentyabr 21:03
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
İran

İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək

12 Sentyabr 21:00
ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
İran

ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai

12 Sentyabr 20:52
İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM
İran

İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM

12 Sentyabr 20:43

Son Xəbərlər

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
09:00
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
08:42
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
08:28
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
08:00
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
07:55
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.