9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Tramp Netanyahudan İrana qarşı hərbi əməliyyatların dayandırılmasını tələb edib

ABŞ Prezidenti Donald Tramp, İran və İsrail arasında atəşkəsin elan olunmasından əvvəl İsrailin baş naziri Benyamin Netanyahuyla telefon danışığı apararaq bütün hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edib.

24 İyun 2025 10:28
Tramp Netanyahudan İrana qarşı hərbi əməliyyatların dayandırılmasını tələb edib

BAKI, AzerVoice

ABŞ Prezidenti Donald Tramp, İran və İsrail arasında atəşkəsin elan olunmasından əvvəl İsrailin baş naziri Benyamin Netanyahuyla telefon danışığı apararaq bütün hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edib.

AzerVoice xəbər verir ki, bu barədə "NBC News" telekanalı Ağ Evdəki yüksək rütbəli məmura istinadla məlumat verib.

Məlumata görə, Tramp bu tələbi İranın artıq “xeyli zəiflədiyini” əsas gətirərək irəli sürüb.

“Artıq müharibə yoxdur, döyüş yoxdur. İranlılar kifayət qədər zəifləyib” - deyə, mənbə Trampın sözlərinə istinad edib.

Bununla paralel olaraq, ABŞ prezidentinin milli təhlükəsizlik komandası da vasitəçilər üzərindən İrana mesajlar göndərərək İsrailə qarşı hücumlardan imtina etməyi və atəşkəsə razılıq verməyi tələb edib. Təbliğat işləri çərçivəsində Tramp Qətər əmiri Şeyx Təmim bin Hamed Al Taniyə də zəng edərək Tehrana təsir göstərmək və razılaşmaya vasitəçilik etmək xahişində bulunub. NBC News-un məlumatına görə, Tramp hər iki tərəfi atəşkəsin zəruriliyinə inandıra bilib.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Həqiqi vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

İyunun 24-də ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında müvəqqəti atəşkəs elan edib.

Trampın sözlərinə görə, əvvəlcə – razılaşmanın qüvvəyə minməsindən 6 saat sonra – İran hücumlarını dayandıracaq, 12-ci saatda isə İsrail. 24 saatdan sonra isə bütün dünya “12 günlük müharibənin” rəsmi olaraq bitməsini qeyd edəcək.

İranın dövlət televiziyası da İsrail və İran arasında atəşkəsin başladığını bildirmişdi.

“Sionist rejimlə atəşkəs İranın işğal altındakı ərazilərə qarşı dörd mərhələdən ibarət zərbələrindən sonra qüvvəyə minib” – deyə, kanal X sosial şəbəkəsində qeyd edib.

Məqalədə: #İsrail #İran #Benyamin Netanyahu #ABŞ #Donald Tramp #atəşkəs #Telefon danışığı #İsrail-İran münaqişəsi #İsrailin hərbi əməliyyatları #İsrail İran hücumu 2025

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
Digər Dövlətlər

ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək

18:29
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
İran

İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb

18:25
Britaniya iki dövlətli həll üçün tədbirləri gücləndirir
Digər Dövlətlər

Britaniya iki dövlətli həll üçün tədbirləri gücləndirir

18:11
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
Digər Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa

11:20

Son Xəbərlər

ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
18:29
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
18:25
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
18:20
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
18:15
Britaniya iki dövlətli həll üçün tədbirləri gücləndirir
Britaniya iki dövlətli həll üçün tədbirləri gücləndirir
18:11
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.