6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ məhkəməsi Trampın Harvardla bağlı qərarını ləğv edib

ABŞ-da federal məhkəmə Tramp administrasiyasının Harvard Universitetinə qarşı qərarını dayandırıb.

24 İyun 2025 11:20
ABŞ məhkəməsi Trampın Harvardla bağlı qərarını ləğv edib

BAKI, AzerVoice

ABŞ-da federal məhkəmə Tramp administrasiyasının Harvard Universitetinə qarşı qərarını dayandırıb.

AzerVoice xəbər verir ki, ABŞ-da federal hakim, Donald Tramp administrasiyasının beynəlxalq tələbələrin Harvard Universitetində təhsil almaq üçün ölkəyə girişinə məhdudiyyətlər tətbiq etməsi ilə bağlı qərarını hüquqa zidd hesab edib.

Boston dairəsinin federal hakimi Allison Burroughs, administrasiyanın bu təşəbbüsünü "hörmətli bir akademik quruma nəzarət etmək üçün yanlış cəhd" kimi qiymətləndirib və bunun ifadə və düşüncə azadlığına təhlükə yaratdığını bildirib. Hakim, administrasiyanın bu siyasətini dayandırmaq qərarını açıqlayıb.

Məlumata görə, Tramp administrasiyası kampuslarda keçirilən Fələstinlə bağlı etirazları və müxtəliflik, bərabərlik və inklüzivlik proqramlarını əsas gətirərək Harvard da daxil olmaqla bir sıra universitetlər üçün federal maliyyəni dondurmaqla hədələmişdi. Hətta Harvard Universitetinə ayrılmış 2,2 milyard dollar maliyyə vəsaiti və əlavə 60 milyon dollarlıq müqavilə haqqı dondurulmuşdu.

Qeyd edək ki, bu proses çərçivəsində ABŞ Ədliyyə Nazirliyi, Təhsil və Səhiyyə Departamentləri və Ümumi Xidmətlər Administrasiyası tərəfindən “Antisemitizmlə Mübarizə Qrupu” da yaradılmışdı. Harvard Universiteti isə bu qərarın qanunsuz olduğunu əsas gətirərək məhkəməyə müraciət etmişdi.

Məqalədə: #ABŞ #Donald Tramp #Fələstinə dəstək yürüyüşü #Tramp administrasiyası #Fələstin tərəfdarı etirazlar #Harvard federal maliyyə qalmaqalı #Harvard Universiteti #Harvard tələbələri #Harvard antisemitizm iddiası

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.