6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Aİ və Kanada strateji əməkdaşlığı genişləndirir

Avropa İttifaqı (Aİ) və Kanada, NATO daxilindəki qeyri-müəyyənliklər və ABŞ-ın uzunmüddətli siyasəti ətrafında artan qeyri-sabitlik fonunda daha sıx əməkdaşlıq qurmaq məqsədilə təhlükəsizlik və müdafiə üzrə yeni tərəfdaşlıq razılaşması imzalayıb və rəqəmsal ticarət haqqında danışıqlara start verib.

24 İyun 2025 11:47
Aİ və Kanada strateji əməkdaşlığı genişləndirir

BAKI,AzerVoice

Avropa İttifaqı (Aİ) və Kanada, NATO daxilindəki qeyri-müəyyənliklər və ABŞ-ın uzunmüddətli siyasəti ətrafında artan qeyri-sabitlik fonunda daha sıx əməkdaşlıq qurmaq məqsədilə təhlükəsizlik və müdafiə üzrə yeni tərəfdaşlıq razılaşması imzalayıb və rəqəmsal ticarət haqqında danışıqlara start verib.

AzerVoice xəbər verir ki, bu barədə qərar 24 iyun tarixində Kanadada keçirilən 20-ci Aİ-Kanada sammitində elan olunub.

Sammit, Haaqa şəhərində keçiriləcək NATO liderlərinin sammitindən bir gün əvvəl baş tutub.

Avropa Şurasının prezidenti Antonio Kosta sammitin “güclü siyasi mesaj” daşıdığını bildirərək, Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen və Kanada Baş naziri Mark Karni ilə birlikdə strateji tərəfdaşlığın “misilsiz bir yaxınlıq səviyyəsinə” çıxarılacağını bəyan edib.

Sammitin əsas nəticələrindən biri olan Aİ-Kanada Təhlükəsizlik və Müdafiə Tərəfdaşlığı (SPD), hər iki tərəfə böhranların idarə olunması, hərbi mobillik, dəniz təhlükəsizliyi, kiber və hibrid təhdidlər, müdafiə sənayesi əməkdaşlığı, terrorla mübarizə, nüvə silahlarının yayılmaması, silahsızlaşdırma, kosmos siyasəti və Ukraynaya dəstək kimi sahələrdə birgə fəaliyyət imkanı yaradacaq.

Aİ rəsmilərinin bildirdiyinə görə, bu razılaşma Aİ-nin üçüncü bir ölkəyə təqdim edə biləcəyi “ən geniş çərçivəli” təhlükəsizlik əməkdaşlığıdır.

Müqaviləyə əsasən, Kanada Aİ-də daimi müdafiə nümayəndəsi təyin edəcək və eyni zamanda Avropa Müdafiə Agentliyi ilə inzibati razılaşma imzalanması imkanları araşdırılacaq.

Bu tərəfdaşlıq Kanadaya Aİ-nin 150 milyard avroluq müdafiə satınalmalarını əhatə edən SAFE proqramına qoşulmaq üçün ilk addım olacaq.

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen qeyd edib ki, “təchizat təhlükəsizliyi və qarşılıqlılıq prinsipləri” bu əməkdaşlığın əsasını təşkil edəcək.

Baş nazir Mark Karni isə bildirib ki, tərəfdaşlıq NATO çərçivəsində razılaşdırılmış yeni müdafiə qabiliyyətlərinin daha tez və effektiv şəkildə yerinə yetirilməsinə kömək edəcək. O, həmçinin Kanadanın sursat satınalmalarını artıracağını vurğulayıb.

Hazırda Kanadanın müdafiə sahəsindəki xərclərinin təxminən 75 faizi ABŞ-dan alınan məhsullara yönəlir və Karni daha əvvəl bunun düzgün olmadığını bildirib.

Tərəflər eyni zamanda 2017-ci ildən qüvvədə olan Aİ-Kanada Azad Ticarət Sazişi (CETA) çərçivəsində əldə olunan uğurları yüksək qiymətləndirərək, yeni bir Rəqəmsal Ticarət Sazişi üzrə danışıqlara da start veriblər. CETA 2023-cü ildə iki tərəf arasında 123 milyard avro həcmində ticarət dövriyyəsi yaradıb və hazırda Aİ-Kanada arasındakı tariflərin 98 faizi sıfır səviyyəsindədir.

Yeni rəqəmsal saziş məlumat axınlarını asanlaşdırmaqla yanaşı, süni intellekt, onlayn platformaların tənzimlənməsi, kibertəhlükəsizlik və rəqəmsal standartlar sahəsində əməkdaşlığı da dərinləşdirməyi hədəfləyir.

Aİ bu yaxınlarda Sinqapur və Cənubi Koreya ilə də oxşar rəqəmsal sazişlər imzalayıb. İlk Aİ-Kanada Rəqəmsal Tərəfdaşlıq Şurasının bu ilin sonunda keçirilməsi planlaşdırılır.

Məqalədə: #Kanada #Avropa İttifaqı (Aİ) #Avropa Şurası #NATO #Avropa Komissiyası #Ursula von der Leyen #hərbi əlaqələr #Antonio Kosta #Mark Karni #Avropa İttifaqının Ukraynaya yardımı #iqtisadi və ticari əlaqələr

Mövzu üzrə digər xəbərlər

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56
Rusiya NATO ərazisinə hücum etməyəcək - Tramp
Digər Dövlətlər

Rusiya NATO ərazisinə hücum etməyəcək - Tramp

29 Avqust 16:34
ABŞ Moskva görüşləri barədə Ukraynaya məlumat verib - Zelenski
Digər Dövlətlər

ABŞ Moskva görüşləri barədə Ukraynaya məlumat verib - Zelenski

29 Avqust 16:16
Kanadanın büdcə kəsiri kəskin azalaraq 370 milyon Kanada dollarına düşüb
Digər Dövlətlər

Kanadanın büdcə kəsiri kəskin azalaraq 370 milyon Kanada dollarına düşüb

28 Avqust 19:19

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
13:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.